
Mehriban Zeynalova: 3, 4 uşaqlı ailələrin sayı getdikcə azalır
Yusif Nəzərli
07:56 13.10.2024
Sosial
440
Hər bir ana övladının gələcəyinə görə narahatdır
Müharibələrin bitmədiyi dövrdə qadınlar dünyaya övlad gətirməkdən çəkinirlər
Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunur. Rusiya Dumasının deputatları bununla bağlı hələlik konkret qərar açıqlamayıblar. Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək. Bununla belə, deputat Yaroslav Nilov hesab edir ki, belə bir tədbir vəziyyəti daha da pisləşdirə bilər. Dövlət Dumasının Ailənin Müdafiəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da verginin tətbiqi ideyasını pisləyib. Onun sözlərinə görə, uşaqsızlığa görə vergi rusiyalılar arasında qorxu və hakimiyyətə inamsızlıq yaradacaq. Deputat gənc ailələri uşaq sahibi olmaqdan çəkindirən problemlərin ilkin mərhələdə həllini təklif edib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az"a açıqlamasında bildirdi ki, Rusiyada demoqrafik göstəricilər zəif olduğuna görə hökumət vəziyyətdən çıxış yolları axtarır:

- Hətta adət-ənənələrin qorunduğu ölkəmizdə ailələrdə övlad sayı azalıb. Müasir Azərbaycan ailəsinin formatı ana, ata 1 və ya 2 uşaqdır. 3,4 uşaqlı ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələr də azlıq təşkil edir. Azərbaycanda vəziyyət belədirsə, Rusiyadakı vəziyyəti təsəvvür etmək asandır. Deputatların o fikri ilə razıyam ki uşaqsızlığa görə vergi tətbiqi, hansısa formada cərimələr problemləri köklü şəkildə həll etmir. Və vəziyyəti düzəltmək əvəzinə, pisləşdirir. Problem varsa, onun səbəbləri araşdırılmalı və səbəblər aradan qaldırılmalıdır. Valideynlər övladlarına gərəkən səviyyədə diqqət, qayğı göstərmək imkanı olmadığından 1, ya da 2 övlad olmasına üstünlük verir. Valideynlərin çoxu “1 uşağa zorla baxırıq, 2-ciyə necə baxacağıq”, tipli izahat verir. Rus ailələri adətən azuşaqlı olub. Görünür, son illərdə rus ailələri övlad sahibi olmaqdan daha çox çəkinir. Bunun da şübhəsiz ki, öz səbəbləri var. Bəlkə, sosial problemlərdir, uşaqların gələcəyindən narahatlıqdır. Müharibələrin bitmədiyi dövrdə qadınlar dünyaya övlad gətirməkdən çəkinirlər. Hər bir ana övladının gələcəyinə görə narahat olur, övladının təhlükəsiz cəmiyyətdə yaşamasını, gələcəyinin firavan olmasını arzulayır. Bu şərtlərin ödəndiyi cəmiyyətlərdə övlad sahibi olmaq daha arzuolunandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya