
Riyaziyyat tədrisində dönüş vaxtıdır: Zəif nəticələrə son qoymaq üçün sistemli tədbirlər zəruridir
05:16 19.06.2025
Gündəm
450
Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qəbul imtahanlarının nəticələri ilə bağlı çıxışında riyaziyyat fənnindən əldə olunan göstəricilər xüsusi diqqət çəkib.
Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində riyaziyyat fənni üzrə nəticələrin gözlənilən səviyyədən aşağı olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir: "Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40 faizə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".
DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70 faizi açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40 faiz idi: "Yeni növ imtahana keçid edəndə maksimum 40 faiz məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur".
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Sherg.az-a açıqlamasında deyib ki, DİM sədrinin çıxışı əsaslı statistik göstəricilərə əsaslandığı üçün bu yanaşma, imtahan nəticələrinin faktlara söykənən təhlili kimi dəyərləndirilə bilər:

“Zənnimcə, imtahan verən şagirdlərin riyaziyyat fənnindən zəif nəticə göstərməsi iki faktorla izah oluna bilər. İlk növbədə, bu vəziyyət məktəblərdə riyaziyyatın tədrisi ilə bağlı olan struktur problemlərlə əlaqədar ola bilər. İkinci mümkün səbəb isə Dövlət İmtahan Mərkəzinin imtahan suallarını tərtib edərkən çətinlik səviyyəsinin yüksək olmasına üstünlük verməsidir. Konkret hansı faktın səbəb olduğunu dəqiqləşdirmək üçün araşdırmalara ehtiyac var. Əlimizdə əlavə detallar olmadığı üçün məsələ ilə bağlı yekun mühakimə yürütmək qeyri-peşəkar yanaşma sayıla bilər”.
Alimin fikrincə, çıxış yolu – tədrisin keyfiyyətinin yüksəldilməsidir:
“Biz övladlarımıza riyaziyyatı daha keyfiyyətli formada öyrətməliyik. İxtisas fənni olaraq riyaziyyatın tədrisi daha dərin biliklər üzərində qurulmalı, digər sahələr üzrə təhsil alan şagirdlərin də bu fənn üzrə savadı ən azı funksional səviyyədə təmin edilməlidir. Dünyada qəbul olunmuş imtahan modellərinə baxsaq görərik ki, riyaziyyat bütün elmlərin təməlini təşkil edir. Məsələn, SAT imtahanlarında şagirdlər yalnız iki fəndən imtahan verirlər ki, onlardan biri riyaziyyatdır. Bu suallar məntiqi düşünmə bacarıqlarını ölçməyə yönəlir və tətbiqi yönümlüdür”.
İlqar Orucov qeyd edib ki, məktəblərdə riyaziyyatın effektiv tədrisi üçün düzgün məzmunun seçilməsi və tədris metodikasının müasirləşdirilməsi vacibdir:
“Müəllimlərin sertifikasiyası zamanı əldə olunan nəticələr isə göstərdi ki, riyaziyyat müəllimlərinin peşəkarlıq səviyyəsində də ciddi çatışmazlıqlar var. Bu da bir daha göstərir ki, riyaziyyatın tədrisinin keyfiyyəti ilə bağlı sistemli tədbirlərə ehtiyac var. İmtahan suallarının çətinliyi ilə bağlı zaman-zaman səslənən ittihamlar qismən əsaslı olsa da, problemin mahiyyəti daha dərin səbəblərdə axtarılmalıdır. Düzdür, suallarda müəyyən yumşalma ola bilər, lakin bunun real nəticələrə necə təsir edəcəyini əvvəlcədən demək çətindir. Ona görə də diqqətimizi imtahanları təşkil edən qurumun tənqidinə deyil, uşaqlarımıza daha ciddi biliklər verməyə yönəltməliyik.”
Fəlsəfə doktorunun yanaşması göstərir ki, riyaziyyat üzrə zəif nəticələrin aradan qaldırılması üçün həm sistemli araşdırmalara, həm də tədris keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu isə yalnız məktəblərin, müəllimlərin və valideynlərin birgə məsuliyyəti ilə mümkün ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm