
Ermənistan ordusunda say yox, keyfiyyət strategiyası başlayır
03:21 20.08.2025
Gündəm
524
İxtisarlar qalan hərbçilərin maaş və sosial təminatına yönələcək
Ermənistan ordusunda hərbçilərin işdən çıxarılması prosesi başlayıb. “Hraparak” qəzetinin məlumatında bildirilib ki, son aylarda bir çox hərbçilər, o cümlədən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə xidmət edənlərin bir qismi vəzifələrini itiriblər. Nəşrin məlumatına görə, orduda kütləvi ixtisarlar başlayıb. Əsasən, attestasiyadan keçməyən və nisbətən aşağı maaşla xidmətini davam etdirən hərbçilər işdən çıxarılır.
Hərbçi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında Ermənstan Müdafiə Nazirliyində ixtisarların gözlənilən olduğunu deyib. Onun sözlərinə görə, 2023-cü ildə qəbul olunan qərara əsasən Ermənistan ordusunda şəxsi heyətin bilik və bacarıqlarının yoxlanılması üçün attestasiyalar keçirilməli idi:

"Erməni hərbi qulluqçuların bir çoxunun fiziki hazırlıq, atəş hazırlığı və ixtisas hazırlığından qeyri-kafi qiymətlər alıb ordudan kənarlaşdırılması gözlənilirdi. Lakin Azərbaycan ilə sülh sazişi istiqamətində ilkin nəticələr əldə olunmadan onların ordudan təxrisi Ermənistan ictimaiyyətində kifayət qədər ciddi rezonanslar yarada bilərdi. İndi isə Ermənistan müəyyən qədər riskə gedərək həmin islahatlara start verib”.
Ə.Verdiyev Ermənistanın hərbi büdcəsinin ölkə iqtisadiyyatı üçün kifayət qədər ağır yük olduğunu da xatırladıb. Onun sözlərinə görə, bu yükü azaltmaq üçün də Ermənistan dövləti ordunun ixtisarına başlamağa qərar verib:
“Ermənistan ordusundakı ixtisarlar həm iqtisadi məcburiyyət, həm də hərbi-texniki zərurətdən irəli gəlir. Qısa müddətdə bu, daxili sosial gərginlik yaratsa da, uzunmüddətli perspektivdə Ermənistan ordusunu “say deyil, keyfiyyət” prinsipinə uyğunlaşdırmaq və dövlət büdcəsini yüngülləşdirmək hədəflənir. Ermənistanın hərbi büdcəsi ölkənin iqtisadi potensialı ilə müqayisədə həddindən artıq böyükdür. Ölkə büdcəsinin mühüm hissəsi ordunun saxlanmasına yönəldilir. Lakin zəif iqtisadi baza buna imkan vermir. Bu səbəbdən hökumət ixtisar yolu ilə həm ordudakı “faydasız” kadrları aradan qaldırmaq, həm də büdcəyə düşən təzyiqi azaltmaq istəyir. İxtisarlar nəticəsində azad olunan maliyyə vəsaiti orduda qalan hərbiçilərin maaşlarına və sosial təminatına yönəldilə bilər. Bu, həm daxili narazılığı azaltmaq, həm də xidmətin cəlbediciliyini artırmaq məqsədi daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya