Şahramanyan: Heç vaxt Yevlaxda olmamışam
08:13 19.09.2025
Cənubi Qafqaz
361
“2023-cü ildə Yevlaxda heç bir sənəd imzalanmayıb”.
Teleqraf xəbər verir ki, bunu ləğv edilmiş separatçı rejimin son başçısı Samvel Şahramanyan İrəvanda jurnalistlərə deyib.
“Yevlaxda iştirak edən insanlar heç bir sənəd imzalamayıblar, o görüş humanitar xarakter daşıyırdı”, - separatçı bildirib.
Şahramanyan onu da vurğulayıb ki, o, nəinki həmin görüşdə iştirak etməyib, hətta heç vaxt Yevlaxda olmayıb.
Xatırladaq ki, 2023-cü il sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında görüş keçirilmişdi. Görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunmuşdu.
Ermənilər həmin ilin payız aylarında Qarabağı könüllü tərk ediblər.
Əlavə edək ki, o zaman Yevlax şəhərinə gələn ermənilərin nümayəndələrinin hansısa sənədi imzalamaq hüquqları yox idi. Çünki onlar tərəf sayılmırdılar, münaqişə və işğal dönəmində də heç vaxt belə qəbul edilməyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət