
Əkinlər susuz qalır, vəsaitlər itib gedir - AKTUAL
07:17 30.10.2025
Aktual
619
Motorlar köhnə, vəsaitlər silinib
Yerli istehsal getdikcə azalır və idxaldan asılı vəziyyətdən çıxa bilmirik
Kəndli əkin sahəsini suvarmağa su tapmır. Su qıtlığı yaşanır, suya qənaət lazımdır, deyilə bilər. Əgər hər kəs eyni dərəcədə sudan sarı kasadlıq çəkirsə. Amma məsələ burasındadır ki, iri təsərrüfat sahibləri, hektarlarla əkin sahələri olanlara nə sirdirsə, su çatır, amma kiçik təsərrüfat sahibi olan kəndliyə yox. Yəni su da varlını, kasıbı “tanıyır”, varlının məhəlləsinə, əkininə, bostanına axır, kasıbınkına yox?!. Suvarmada yaranan problemlər son illərdə kəskin xarakter alıb. Bununla bağlı tiktok platformasında bir nəfər video paylaşıb. Su kanalının üzərində çəkiliş aparan şəxs “bu sudan bizə bir ovuc çatmır. Əkin sahəmizi suvara bilmirik. Məhsul tələf olur” deyə, şikayət edir. Kəndli nə yazda su tapır, nə yayda, nə də payızda. Səbəb nədir?
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, problemin yaranma səbəbləri bir deyil, bir neçədir:

- Ola bilər su qeyri-bərabər paylanır. Sahəyə baxan insanlar, suvarmaya məsuliyyət daşıyan şəxslər var. Onlar qrafik müəyyən etməli, kimə nə qədər su veriləcək, hansı saatlarda bunu siyahılaşdırmalıdırlar. Adbaad, məhəllə-məhəllə qeyd edilməlidir bu qrafik. Siyahıda adları olanlara həmin qrafik üzrə su verilməlidir ki, hamı eyni qaydada suvarma suyu ilə təmin edilsin. Həmçinin, qrafikə əməl edilməsinə ciddi nəzarət də olmalıdır. Hər hansı bir kəndlə bağlı dəqiq qeydlər aparılmalıdır, kim əkinlə məşğuldur, nə qədər sahəsi var və nə əkir, nə becərir. Su buna əsasən paylanmalıdır. Əkin sahəsinin, tarlanın ölçüsü böyük önəm daşıyır. Sotundan, hektarından asılı olaraq kimə nə qədər su veriləcək sənəddə yazılmalıdır. Amma nəzarət də mütləq lazımdır ki, işlər qrafik üzrə yerinə yetirilsin. Bu işlərə nəzarət etmək məsuliyyətini üzərinə götürən şəxs də işinə ciddi yanaşmalıdır. Bəzən belə hallar olur, maddi maraq müqabilində kiməsə güzəşt edirlər, suyu kiminsə sahəsinə daha çox ötürürlər, vaxt limiti qoymurlar. Adətən belə hallar vəzifəli şəxslərlə bağlı yaşanır. Suvarmaya nəzarət edən şəxs asılı vəziyyətdə olduğu üçün onlara güzəştə gedir. Nəticədə digər təsərrüfat sahibləri sahələrini vaxtlı-vaxtında suvara bilmir. Nəticədə biz yerli məhsul istehsalında geriləyirik. Yerli istehsal getdikcə azalır və idxaldan asılı vəziyyətdən çıxa bilmirik.
R.Qarayev digər səbəbləri də göstərdi:
- Problemin yaranmasında su kanallarının təmizlənməsi məsələsi də var. Kanalların təmizliyi necə həyata keçirilir, vaxtlı-vaxtında təmizlik aparılırmı, buna da baxılmalıdır. Həmin bölgəyə, kəndə kifayət qədər su verilirmi? Suvarma suyu hardan, hansı ərazidən gəlir və lazımi yerlərə çatırmı? Bölgənin, kəndin öz su ehtiyatları hesabına ehtiyacını təmin etməsi mümkündürmü? Bu məsələlər dəqiq hesablanmalıdır. Yerlərdə bələdiyyə nümayəndələri deyir, iş görürük, qrafik üzrə su verilir. Amma sakin deyir nəzərdə tutulan su kifayət etmir. Suya tələbatı çox olan məhsullar var, bitkinin su tələbatı da nəzərə alınmalıdır. Elə əkin sahəsi var, az suya ehtiyac duyulur. Eləsi də var, böyük miqdarda su lazımdır. Bu məsələlərdə əkilən məhsulun suya tələbatı mütləq dəqiqləşməli, su tələbat üzrə paylanmalıdır. Suyun paylanması sistemində əgər qrafik üzrə verilmirsə, kanal açılıb, su birbaşa sahələrə ötürülürsə, əlbəttə, eyni vaxtda bütün sahələrə çatmaya bilər. Çünki axarlar boyunca su itkiyə gedə bilər. Bu məsələ mərhələli şəkildə həll edilməlidir ki, problemlər yaşanmasın. Su sahələrə hissə-hissə ötürülməlidir. Arxlardakı motorların vəziyyəti nə yerdədir, ona da baxılmalıdır. Hesablama Palatası su təchizatı sahəsində kifayət qədər nöqsanların aşkarlandığını bildirib. Gedib yoxlayırlar, görürlər yeni motorlar alınıb, amma arxların üzərində köhnə motorlardır. Köhnələri yeni alınmış adı ilə qeydə alıblar. Vəsait silinməsi baş verib. Motorların işinə nəzarət üçün bir neçə nəfər olmalıdır. Amma bu işə məsul orqanlar 2-3 nəfəri qeydə alıb, lakin 1 nəfəri işlədir. Bir nəfər əlbəttə nəzarəti tam həyata keçirə bilməyəcək. Bilirsiz, bu mövzu saatlarla müzakirə edilə bilər. İndiyədək dəfələrlə problemlər qabardılıb, yazılıb, deyilib, lakin həll olunmamış qalır. Hər il bu cür etirazlar, narazılıqlar baş verir. Yay, payız aylarında kəndlilər əziyyət çəkir, bu cür videolar yayılır. Beton kanalların çəkilməsi işi də hər yerdə keyfiyyətlə aparılmayıb. Su itkiyə gedir çox vaxt. Sızma nəticəsində su torpağa hopur, su çatışmazlığı belə yaranır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya