Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibəti ilə təbrik edib
16:54 04.11.2025
Rəsmi
2105
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sherg.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Sizi – əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Beş il əvvəl doğma Vətəninin əsl fədaisi və sadiq oğlu, görkəmli dövlət və siyasət xadimi olan Sizin kimi müdrik rəhbərin qətiyyəti və cəsarəti sayəsində ölkənizin ərazi bütövlüyü bərpa edilmiş, tarixi ədalət təmin olunmuşdur.
Bu möhtəşəm hadisə təkcə Azərbaycanın gücünü və böyük potensialını bütün dünyaya aydın şəkildə nümayiş etdirmədi, həm də regionda sülh, qarşılıqlı anlaşma və sabitliyin möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Bu məqamda Sizin Cənubi Qafqazda əmin-amanlığın və davamlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl səyləri tam dəstəklədiyimizi bir daha vurğulayıram.
Son illərdə ölkənizə səfərlərim zamanı Qarabağ bölgəsində müasir infrastrukturun qurulmasının, mədəni irs abidələrinin bərpa edilməsinin, bu ərazilərdə yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsinin şahidi oluruq və səmimi bir qardaş kimi bu misilsiz nailiyyətlərdən böyük sevinc hissi keçiririk.
Hörmətli İlham Heydər oğlu, Sizinlə bu il Azərbaycanın füsunkar Bakı, Xankəndi və Qəbələ şəhərlərində açıq və məhsuldar görüşlərimiz, habelə səmərəli danışıqlar zamanı əldə olunan mühüm razılaşmaların tam icrasının strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimizi tamamilə yeni mərhələyə yüksəldəcəyinə əminəm.
Əziz dostum, yaxın gələcəkdə Mərkəzi Asiyanın dövlət başçılarının növbəti Məşvərət Görüşündə iştirak etmək üçün Sizin Özbəkistana səfərinizi səbirsizliklə gözləyirəm.
Ölkənizin həyatındakı bu unudulmaz tarix münasibətilə bir daha səmimi təbriklərimi bildirir, Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, rifah və daimi tərəqqi arzulayıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya