
Analitik: Gürcüstanın Rusiya ilə hansısa masa arxasında oturmaması məntiqlidir
09:50 20.02.2025
Region
441
Asəf Quliyev: "“3+3” formatı hələlik yalnız Rusiya və İrana sərf edir"
Rusiya "3+3" formatında iştirak edir və təbii ki, belə bir şəraitdə biz Rusiya ilə heç bir masa arxasında oturmaq fikrində deyilik. Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından olan deputat Levan Maçavariani Rusiya XİN başçısı Sergey Lavrovun sözlərinə münasibət bildirərkən deyib. Deputat Gürcüstanın iştirakının müzakirə məsələsi olmadığını vurğulayıb.
Maçavariani bildirib ki, bizim nə diplomatik, nə də başqa cür münasibətlərimiz yoxdur. Əvvəlcə biz ərazi bütövlüyümüz məsələsini həll etməliyik, bundan sonra hər hansı formatın olub-olmayacağını müzakirə etməyə başlaya bilərik.
Araşdırmaçı-jurnalist Asəf Quliyev “Sherg.az”a söyləyib ki, Gürcüstan onsuz da əvvəldən “3+3” formatında iştirak etməyib:

“Bunun isə ciddi səbəbləri mövcuddur. Birincisi Gürcüstanın ərazisinin bir hissəsi Rusiya tərəfindən işğal olunub. Belə bir vəziyyətdə Gürcüstanın Rusiya ilə hansısa masa arxasında oturmaması məntiqlidir. Amma hər zaman sözügedən format “3+3” şəklində təqdim olunub. Görünən odur ki, “3+3” formatı hələlik yalnız Rusiya və İrana sərf edir. Çünki Amerika və Avropa kimi xarici güc mərkəzlərinin regiona girməməsi üçün Moskva və Tehran həmin məsələdə maraqlıdır”.
Ekspert bildirib ki, bu formatı təklif edən Türkiyə və Azərbaycan tandemi idi:
“Türkiyə ilə Azərbaycanın da öz maraqları və prioritetləri vardı. Həmin prioritetlər baxımından “3+3” formatı uğurlu hesab edilə bilərdi. Lakin Gürcüstan hələki sözügedən formatda iştirak etmək istəmir. Rusiya və Azərbaycan arasındakı soyuqluğu nəzərə aldıqda “3+3” formatında hansısa addımların atılması real görünmür. İki ölkə arasında sular durulduqdan sonra bu formatı yenidən işlək vəziyyətə gətirmək olar. Digər tərəfdən Türkiyə də hazırda “3+3” formatına həvəs göstərmir. Çünki Türkiyənin Suriya və Ukrayna kimi prioritetləri mövcuddur. Avropada, Səudiyyə Ərəbistanı və Ankarada keçirilən son görüşlər Türkiyə və Rusiya arasında müəyyən fikir ayrılıqlarının olduğunu ortaya qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir Gürcüstana başsağlığı verib
17:40 19.03.2026
Sağlamlıq
ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər
17:26 19.03.2026
Dünya
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm