
Analitik: Rəsmi İrəvan sanki Rusiya Zəngəzuru alıb bizə vermək istəyirmiş kimi qələmə verir
11:01 22.01.2025
Region
419
Yanvarın 21-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında keçirilən görüşdə bir sıra vacib məqamlara toxunulub. Bəzi məsələlərdə tərəflər arasında fikir ayrılıqları olub.
Bunu Ermənistanın Respublika Naminə Partiyasının xarici işlər katibi, Baş nazir Nikol Paşinyanın adamlarına yaxınlığı ilə bilinən Arnold Bleyan deyib.
Bleyanın sözlərinə görə, Lavrov Moskvada İrəvanı Zəngəzurla təhdid edib:
“Məndə olan məlumata əsasən, görüşdə Rusiya tərəfinin Sünikdə (Zəngəzur – red.) konsulluq açması və ümumilikdə Ermənistandakı diplomatik nümayəndəliklərin genişləndirilməsi təklif olunub. Lakin Mirzoyan hər iki təklifə etiraz edib və bəyənmədiyini bildirib. İrəvan rəsmi şəkildə təklifləri rədd edib. Deyiblər ki, Zəngəzurun ruslaşması ermənilərə lazım deyil, orada nə qədər az rus olarsa, o qədər yaxşıdır. Lavrov isə bildirib ki, Zəngəzur Ermənistanın tərkibində qalmasa, bu, ölkənin sonu olacaq.
Rusiyanın adamları tez-tez ölkəmizdə 2020-ci ildə imzalanan üçtərəfli sazişin mətni, xüsusilə də dəhlizlə bağlı 9-cu bəndin icrasını tələb edən çıxışlar səsləndirirlər. Əgər Bakı ilkin şərt qoyubsa, biz də analoji addım atmalı və məsələni parlamentdə müzakirəyə çıxarmalıyıq”.
Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, Ermənistan hakimiyyəti və ona yaxın dairələr öz gərginliyini Zəngəzur məsələsi kimi qələmə verməyə çalışırlar:

"Bu gün Ermənistan və Rusiya arasında yaşanan gərginliyin səbəbi Zəngəzur deyil. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan fərqli siyasi kurs götürüb. Yəni, o, Cənubi Qafqazı yeni münaqişə ocağına çevirmək niyyətindədir. 2008-ci ildə Gürcüstan, hazırda isə Ukraynanın regionda Rusiya ilə toqquşduğunu görürük. ABŞ-nin Ermənistana yönəlik son addımları Cənubi Qafqazı yenidən Qərb-Rusiya münaqişəsi arenasına çevirə bilər. Mirzoyan və Lavrov arasındakı görüşdə Zəngəzur məsələsinə diqqət çəkilməsinə gəlincə, Ermənistan avantürist yol izləyir".
Şərhçinin sözlərinə görə, rəsmi İrəvan sanki Rusiya Zəngəzuru alıb bizə vermək istəyirmiş kimi göstərməyə çalışır:
"Amma bu, belə deyil. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə quru sərhədlərinin qurulması məsələsi 10 noyabr Üçtərəfli Bəyanatında da yer alıb. Buna Nikol Paşinyan da imza atıb. Rusiya və ya digər ölkələrin düşüncəsi nə olursa olsun, rəsmi Bakı mövqeyində hər zaman davamlı olub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət