
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - POLİTOLOQ
Yusif Nəzərli
00:11 26.02.2025
Region
500
Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb
Qonşu dövlətlərlə normal münasibətlərə böyük əhəmiyyət verir və regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışırıq. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Ermənistan-Avropa Birliyi Parlament Tərəfdaşlığı Komitəsinin dördüncü iclasının açılışındakı çıxışında deyib. Simonyan qeyd edib ki, Ermənistan hökuməti regionumuzun nəqliyyat və kommunikasiya marşrutlarını ölkələrin suverenliyi, bərabərliyi, ərazi bütövlüyü və qarşılıqlı münasibətlər prinsipləri əsasında daha səmərəli etmək üçün “Sülh qovşağı” layihəsini irəli sürüb: “Regiondakı ölkələr və güc mərkəzləri ilə təhlükəsizlik, iqtisadiyyat, enerji və digər sektorlar arasındakı fərqə əsaslanaraq balanslaşdırılmış siyasət aparmağa çalışırıq”.
Politoloqlar isə hesab edir ki, Ermənistanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizinin işə düşməsindən asılıdır. Bu iki məsələnin həllində isə irəliləyiş yoxdur.
Simonyanın gündəmə gətirdiyi "sülh qovşağı" layihəsini Azərbaycanın məqbul hesab etmədiyini xatırladan politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu layihəni ilk dəfə Ermənistanın baş naziri Nikol Paşinyan tezislər şəklində bəyan etmişdi. İndi isə Ermənistan parlamentinin spikerinin nəsə maraqlı bir təkliflə çıxış edirmiş kimi bu mövzuya toxunması, regionda açıq sərhədli və tərəfdaşlığa əsaslanan münasibətlər qurmağa çalışdıqlarını bəyan etməsi Ermənistanın sülh danışıqlarının mahiyyətindən uzaqlaşdıqlarını göstərir:

“Ermənistan rəhbərliyinə elə gəlir ki, Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını Azərbaycanla sülh sazişi imzalamadan da təmin etmək olar. Halbuki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər dövlət rəsmiləri də dəfələrlə qeyd ediblər ki, Ankara Ermənistanla məsələlərin həll yolunda Bakı ilə koordinasiyalı fəaliyyət göstərir”.
Politoloq həmçinin bildirib ki, dənizə çıxışı olmayan və məhdud nəqliyyat infrastrukturunu nəzərə alaraq, Ermənistanın bu qədər yüksək tranzit həcmlərinə nail olması ehtimalı azdır:
“Ermənistan dənizə çıxışın olmaması və infrastrukturun kifayət qədər inkişaf etməməsi kimi ciddi məhdudiyyətlərlə mübarizə aparmağa məcburdur. Qlobal marşrutlar və nəqliyyat dəhlizləri transformasiya olunmağa davam etdikcə, region ölkələri üçün uğurun əsas amili artıq mövcud olan və inkişaf edən logistika sistemlərinə inteqrasiya olunmaq qabiliyyəti olacaq. Qeyd edim ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir real addım atmayıb, uzağa getmək lazım deyil, Zəngəzur dəhlizi layihəsinin kontekstində bunun aydın nişanələrini görmək mümkündür. Paşinyanın öhdəliklərdən boyun qaçırması yeni fakt deyil, Zəngəzur dəhlizi ilə bağlı isə manipulyasiya edir. Fikir versək, görərik ki, Paşinyan Zəngəzur dəhlizi layihəsinin adını çəkmir, ümumi fonda regional kommunikasiyaların açıq olmasının vacibliyindən bəhs edir. Bunun özü qeyri-müəyyən mövqedir. Ermənistan bu zamana qədər ən qısa yolun çəkilişini də həll edə bilməyib - uzun illərdir İrandan magistral yol, dəmiryol xətti çəkmək istəyən Ermənistan buna vəsait tapmadı. Bu mənada Simonyanın açıqladığı bu ideyaların reallaşacağı inandırıcı deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir Gürcüstana başsağlığı verib
17:40 19.03.2026
Sağlamlıq
ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər
17:26 19.03.2026
Dünya
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm