Ermənistan yeni müharibəyə hazırlaşdırılır -RƏY
Yusif Nəzərli
13:32 11.02.2025
Region
651
Ermənistanın son illərdə həyata keçirdiyi silahlanma prosesləri regionda təhlükəsizlik və gərginlik mövzularında yeni suallar doğurur. Rəsmi İrəvanın, son iki ildə hücum silahları almağa yönəlməsi, bu silahların potensial olaraq Azərbaycan ərazilərinə zərbə vurma qabiliyyətinə malik olması, hər iki ölkə arasında yeni bir münaqişənin baş verməsi ehtimalını artırır. Ermənistanın silahlanma strategiyası, beynəlxalq aləmdə müvafiq tərəfdaşlarla bağlanan müqavilələr və alınan texnikalarla möhkəmlənir. Bu inkişaflar, xüsusən də yeni bir münaqişə ehtimalını gündəmə gətirir.
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev Ermənistanın silahlanma prosesindən və əldə etdiyi silahlardan danışıb:
"Ermənistan Silahlı Qüvvələri, 44 günlük müharibənin bitməsindən sonra silahlanma prosesini sürətləndirib. Bu prosesə "diversifikasiya" adı verilib. Ermənistan yalnız Sovet İttifaqından qalmış və ya Rusiyadan alınmış silahlarla deyil, həm də digər ölkələrin müdafiə sənayesi şirkətlərinin istehsalı olan texnikaları almağa başlayıb. İlkin mərhələdə, Ermənistan bu silahlanmanı özünün təhlükəsizliyini təmin etmək üçün müdafiə silahları və müdafiə qabiliyyətinə təsir edəcək silahlar adı altında həyata keçirib. Lakin son iki ildə rəsmi İrəvan, bir çox istiqamətdən, öz ərazisindən Azərbaycanın ərazilərinə təhlükə yaradacaq hücum silahları almağa başlayıb. Hücum silahları dedikdə isə, əsasən, məsafədən raket sistemləri, ən azından 50-500 km məsafə dərinliyində zərbə endirə bilən raketlər, artileriya qurğuları və toplar nəzərdə tutulur.
Ermənistan bu silahlanmanı əsasən iki istiqamətdən həyata keçirir. Birinci istiqamət Fransadan SEZAR özüyeriyən top sistemlərinin alınmasıdır. Bu qurğular Ermənistan üçün müdafiə silahları sayılmır, çünki 18-20 km dərinliyindəki Azərbaycan ərazilərinə zərbələr endirə bilərlər. Ardınca, Hindistanla bağlanmış hərbi müqavilələr əsasında, Akaş zenit raket kompleksləri və Pralay raket sistemlərinin alınması ilə bağlı müzakirələr davam edir. Bu günlərdə, Suren Papikyanın Hindistanda olduğu və xüsusilə hava texnikaları sərgisində iştirak etdiyi bildirilib. Eyni zamanda, Hindistandan alınan raketlərin Ermənistanın təyyarələrinə uyğunlaşdırılması və bu raketlərin gələcəkdə Azərbaycan ərazilərinə buraxılması məsələləri müzakirə olunur".
Ekspert rəsmi İrəvanın hərbi büdcəsini artırdığına da diqqət çəkib:
"Ermənistan həmçinin Fransadan, Hindistandan və Yunanıstandan digər hərbi texnikaların alınmasını da müzakirə edir. 2024-cü ildə rəsmi İrəvan, hərbi büdcəsini maksimum həddə çatdırıb. 1,6 milyard ABŞ dolları həcmində olan bu büdcə, əvvəllər Ermənistan silahlı qüvvələrində mövcud olmayan bir məbləğdir. Əslində, bu büdcə müdafiə məqsədli deyil, ən çox, yeni bir münaqişə zamanı istifadə oluna biləcək artileriya qurğularının və raket sistemlərinin alınmasına yönəldilib. Nəticə etibarilə, Ermənistanın Azərbaycana qarşı silahlanma prosesində artım müşahidə olunur. Rusiya istehsalı olan hərbi texnikaların Ermənistana daxil olması, Fransanın Ermənistanı silahlandırmaq təşviqi və Hindistanla davamlı müqavilələr, rəsmi İrəvanın Azərbaycanla sülh sazişi gözləntilərinə baxmayaraq, təhlükəli silahların arsenalını artırmağa çalışdığını göstərir".
Hərbi ekspert sonda silahlandırılan Ermənistanın yeni bir münaqişəyə hazırlıq məqsədi güddüyünü vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi