
Gürcüstanda siyasi böhran: Parlament hakim partiyadan ibarət olsa, bu, onun fəaliyyətini şübhə altına alacaq
12:59 05.02.2025
Region
505
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib. Qərar parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib. Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.
Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turab Rzayev bildirib ki, Gürcüstandakı siyasi böhranın uzun müddət davam edəcəyi gözlənilir:

"Müxalifət etiraz aksiyalarını dayandırmır, ABŞ və Avropa İttifaqı isə Gürcüstan üzərində təzyiqləri artıraraq hüququn aliliyinə riayət olunmasını tələb edir. Ölkə Şengen vizasından azad edilmə məsələsində risklə üz-üzədir və lazımi addımların atılmaması bu prosesin dondurulmasına səbəb ola bilər. Yeni seçkilərin keçirilməsi tələbi də gündəmdədir və hüquq-mühafizə orqanlarının etirazçılara qarşı güc tətbiqinin dayandırılması istənilir. Müxalifət isə minimum bir il ərzində yeni seçkilərin keçirilməsini tələb edir. Digər tərəfdən parlamentin legitimliyi məsələsi də narahatlıq doğurur. Əgər müxalifət seçkilərdə iştirak etməsə və parlament yalnız hakim partiyadan ibarət olsa, bu, qanunverici orqanın fəaliyyətini şübhə altına alacaq. Yəni fərqli siyasi baxışların təmsil olunmadığı parlamentin effektiv qanunvericilik fəaliyyəti göstərməsi çətin olacaq və onun legitimliyi mübahisələndiriləcək. Keçmiş prezident Zurabaşvili də parlamentin legitimliyini şübhə altına alaraq, seçkilərin saxtalaşdırıldığını bildirmişdi. Bu mövzu yenidən gündəmə gələcək və etiraz aksiyalarının artmasına səbəb olacaq. Nəticədə, müxalifət və vətəndaş cəmiyyəti hakimiyyəti qeyri-legitim hesab edir və dəyişiklik tələb edir. Hökumət isə mövqeyindən geri çəkilmək fikrində deyil. Bu vəziyyət Gürcüstandakı siyasi qarşıdurmanın hələ uzun müddət davam edəcəyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya