
İranın həm Ermənistan, həm də Azərbaycanla eyni anda dost olması mümkün deyil -ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Sherg.az xəbər verir ki, Azərbaycan Prezidenti iki ölkənin xalqlarının ortaq tarixi, mədəni və dini köklərinin olduğunu, xalqlarımızın yaxınlığını vurğulayıb.
Son dövrlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasını məmnunluqla qeyd edən Prezident İlham Əliyev bunu əlaqələrimizin dinamik surətdə inkişafının təzahürü kimi qiymətləndirib. Dövlət başçısı ölkələrimizin parlamentlərarası əlaqələrinin genişləndiyini qeyd edib və İran İslam Şurası Məclisinin sədrinin Azərbaycana səfərinin bu əlaqələrin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti iqtisadi-ticari, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu. Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu dəhlizin Azərbaycana aid olan hissəsində yükdaşıma imkanlarının artırılması üçün ölkəmiz tərəfindən zəruri işlərin görüldüyünü deyib. Dövlət başçısı Ağbənd keçidinin inşası istiqamətində fəaliyyətin intensiv şəkildə həyata keçirildiyini və bu layihənin regionun nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini qeyd edib.
Prezident İlham Əliyev regional məsələlərin region ölkələri tərəfindən həll edilməli və bölgədənkənar qüvvələrin regiona müdaxiləsinin qəbuledilməz olduğunu dedi, 3+3 formatının əhəmiyyətini vurğulayıb.
Məhəmməd Baqir Qalibaf İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarının Məsud Pezeşkiana çatdırılmasını xahiş edib.
Qonaq Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyib, iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarının Məsud Pezeşkiana çatdırılmasını xahiş edib.
Qonaq Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının Bakıda yüksək səviyyədə təşkil olunduğunu söyləyib, iki ölkə arasında səfərlərin intensiv xarakter daşımasından məmnunluğunu diqqətə çatdırıb.
Azərbaycan ilə İran arasında iqtisadiyyat, ticarət, elm, texnologiya, səhiyyə sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün çox yaxşı imkanların olduğunu vurğulayan Məhəmməd Baqir Qalibaf bu xüsusda hökumətlərarası komissiyanın işinin daha da intensivləşdirilməsinin vacibliyinə toxunub.
Ölkəsinin Azərbaycanla birlikdə regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında ortaq maraqları bölüşdüyünü deyən qonaq İranın regionun məsələlərinin region ölkələri tərəfindən həll edilməsi yanaşmasını dəstəklədiyini bildirib. O, Azərbaycan ilə İranın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyini və yaxından əməkdaşlıq etdiklərini vurğulayaraq, 3+3 formatının əhəmiyyətini qeyd edib.
Məhəmməd Baqir Qalibaf dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, İran bir əldə 2 qarpız tutmaq istəyir:

"İran həm Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir, həm də Ermənistanla dostluğuna davam edir. Bu isə mümkünsüzdür. Azərbaycanla Ermənistan düşməndir və iki ölkə arasında sülh yoxdur. Həmçinin sərhəddə delimitasiya-demarkasiya və Zəngəzur məsələləri həll olunmayıb. İran isə Damokl qılıncı kimi Azərbaycanın başının üstündə duraraq buna maneçilik etmək istəyir. Yəni bütün bunlar iki ölkə arasında danışılmalı, müzakirə edilməlidir. Çünki həm Ermənistan, həm də Azərbaycanla eyni anda dost olmaq mümkün deyil. Tutaq ki, Azərbaycan Pakistana qardaş deyir, bununla yanaşı Hindistanla da həmin münasibəti imkansızdır. Digər tərəfdən Azərbaycan və İran arasında əlaqələr ola bilər. Lakin nə vaxta qədər ki, İran-Ermənistan əlaqələri İran-Azərbaycan münasibətlərini üstələyəcək, Tehranla problemlərimiz bitməyəcək. İran Prezidenti türk əsillidir. O, hakimiyyətə gələrkən türk şeiri deyib, indi isə onu etiraz edir. Görün, İranda türkfobiya necə inkişaf edib? Türkfobiya bu səviyyədə olan ölkədə Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması qeyri-mümkündür. Ümumiyyətlə İran ölkəmizi Ermənistandan üstün tutarsa, Türkiyə ilə bir-birinə etibar edilən siyasət quracaqsa, o zaman Azərbaycanla da münasibətlər koordinat şəkildə dəyişə bilər. Təəssüflər olsun ki, hazırda bunun çalarları görünmür".