
İsrail-İran müharibəsi yaxınlaşır -ŞOK PROQNOZ
Yusif Nəzərli
21:14 12.06.2025
Region
234
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı artıq yalnız ehtimal yox, real təhlükəyə çevrilib.
İsrailin İrana mümkün hücumunun ABŞ Prezidenti Donald Trampın xarici siyasətinin fiaskosu olacağını vurğulayan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-İran arasında aparılan nüvə danışıqlarında razılaşma əldə edilmir:

“İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailində nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb. Belə olan təqdirdə tərəflər arasında mümkün razılaşmalar əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunun elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə həm ballistik raketlərdən, həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə zidd olaraq qalır. ABŞ İranın onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır”.
İsrailin əvvəldən ABŞ-İran danışıqlarının əleyhinə olduğunu xatırladan siyasi ekspert qeyd edib ki, məhz 2017-ci ildə D.Tramp İsrailin istəyi ilə İranla əldə olunan "Hərtərəfli nüvə" sazişindən birtərəfli şəkildə çıxıb:
"ABŞ ilə İran arasında yenidən başlanan nüvə danışıqlarına da İsrail etiraz edirdi. D.Tramp çalışırdı ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın. Və nüvə proqramından imtina edilməsinə nail olsun. Amma İran öz maksimalist şərtlərindən əl çəkmədi.
Artıq ABŞ, İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla D.Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır. Halbuki, İran ABŞ üçün təhdid deyil. ABŞ üçün strateji təhdid Rusiyadır. Amma ABŞ prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. D.Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər Rusiya Ukraynada qalib gələrsə, bu, D.Trampın siyasi fiaskosu və ABŞ fövqəldövlət statusunun ləğvi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır.
Əgər İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlar keçirsə, İran assimetrik cavab verəcək. Hörmüz boğazını bağlayacaq. ABŞ-nin hərbi bazalarına hücumlar təşkil olunacaq. Bundan əlavə, Yəməndə husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlayacaq. İranı küncə sıxışdırmaq və nüvə proqramından əl çəkdirmək üçün başlanan müharibə D.Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya