Mirzoyan Ermənistan-İran sərhədindən Rusiya sərhədçilərinin çıxarılması barədə danışıb
12:23 21.01.2025
Region
389
“Ermənistan İran sərhədi hər zaman sakit olub. Orada heç vaxt problem olmayıb”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrova danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan İran sərhədi bundan sonra daha sakit olacaq.
“O ki qaldı KTMT-yə, bizim Rusiya ilə olduqca ciddi və güclü ikitərəfli münasibətlərimiz mövcuddur. Biz, həqiqətən müttəfiqik. Bizim İranla çox yaxşı mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz var. Rusiyanın da İranla çox yaxşı tərəfdaşlıq münasibətləri mövcuddur. Düşünürəm ki, bizim ölkələrimiz bu əməkdaşlıqlardan faydalanacaq”.
Mirzoyan Ermənistan-İran sərhədindən Rusiya sərhədçilərinin çıxarılması barədə də danışıb:
“O ki qaldı rusiyalı sərhədçilərə, xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqilliyinin ilk günlərində bizim xahişimizlə Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin təhlükəsizliyinin təmin olunması işinə müvəqqəti cəlb olunub. Müddət bitdikdən sonra biz Rusiya tərəfinə təşəkkür bildirdik və məlumatlandırdıq ki. İranla sərhədi bundan sonra öz qüvvələrimizlə mühafizə edə bilərik. Düşünürəm ki, burada böyük siyasi skandal üçün mənbə yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat