Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsinin vacibliyini qeyd edib.
Teleqraf xəbər verir ki, Mişustin Yekaterinburqda keçirilən "İnnoprom" beynəlxalq sənaye sərgisində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bu fikirləri səsləndirib.
Mişustin görüş zamanı bildirib ki, Ermənistan hökumətinin rusiyalı investorlar üçün rahat mühit yaratmağa davam etməsi və onların hüquqlarına və qanuni maraqlarına hörmətlə yanaşılmasını təmin etməsi vacibdir.