
Pekində üçtərəfli görüş: Bu dialoq ABŞ-yə qarşı ittifaqın formalaşmasıdlr
Yusif Nəzərli
14:01 16.03.2025
Region
481
Çin, İran və Rusiyanın xarici işlər nazirlərinin müavinləri İranın nüvə proqramı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Pekində görüş keçiriblər. Görüşün sonunda yayımlanan ortaq bəyanatda bütün “qanunsuz” və birtərəfli sanksiyaların ləğv edilməsi və dialoqun qarşılıqlı hörmət əsasında bərpası çağırışı edilib.
"Hürriyet"in xəbərinə görə, bəyanatda BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin əhəmiyyətinə diqqət çəkilən tərəflər vəziyyəti daha da gərginləşdirə biləcək addımlardan çəkinməli olduğu və diplomatik səylər üçün uyğun mühitin yaradılmasının vacibliyi vurğulanıb. Sənəddə üç ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Müqaviləni (NPT) nüvə silahlarının yayılmasının qarşısını alma sisteminin əsas elementi kimi qəbul etdiyi qeyd edilib. Çin və Rusiya İranın nüvə proqramının sırf dinc məqsədlər daşıdığını və nüvə silahı istehsal etməyə yönəlmədiyini təsdiqləməsini müsbət qarşıladıqlarını bildiriblər. Bəyanatda İranın NPT və Əhatəli Təhlükəsizlik Müqaviləsi çərçivəsindəki öhdəliklərinə tam əməl etməyi öhdəsinə götürməsi müsbət dəyərləndirilib. Həmçinin, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) ilə əməkdaşlığı davam etdirmək qərarı dəstəklənib və İranın dinc nüvə enerjisindən istifadə hüququna hörmət edilməsinin vacibliyi qeyd olunub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Sherg.az"a açıqlamasında Pekində baş tutan görüşü Amerikaya qarşı üçlü ittifaqın formalaşması kimi dəyərləndirib.
Onun sözlərinə görə, görüşdə iştirak edən 3 ölkənin xarici işlər nazirlərinin müavinləri sanksiyalardan, təzyiq taktikalarından və güc təhdidlərindən əl çəkməyə çağırıblar:

“Çağırışın ünvanı isə Amerika Birləşmiş Ştatlarıdır. Rusiya, Çin və İrana qarşı müxtəlif sanksiyaları tətbiq edən ABŞ-dir. Rusiya, Çin və İran təmsilçiləri qarşılıqlı hörmətə əsaslanan siyasi və diplomatik dialoqun yeganə səmərəli həll yolu olduğunu vurğulayıblar.
Tərəflər məsləhətləşmələri və əməkdaşlığı gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Moskva, Tehran və Pekin ABŞ ilə mübarizədə səylərini birləşdirməyə qərar veriblər. ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyərkən, qarşısında daha böyük ittifaq görmüş olur. Vaşinqtonun bu ölkələrin hər biri ilə problemləri mövcuddur. Vaşinqton Moskvaya təzyiq edir ki, Ukrayna ilə atəşkəsə razılaşsın, Tehrana təzyiq edir ki, nüvə çalışmalarından və bölgədəki silahlı qrupları dəstəkləməkdən əl çəksin, Pekinə təzyiq edir ki, idxal-ixrac əməliyyatlarını balanslaşdırsın, o cümlədən hərbi gücünü artırmaqla qonşu ölkələrə təhlükə yaratmasın.
Moskva atəşkəsə razılaşmaq istəmir, Tehran nüvə çalışmalarından əl çəkmir, Pekin isə iqtisadi gücünü hərbi gücünü artırmağa yönəldib. Təsadüfi deyil ki, Çinin bölgədə artan gücündən ABŞ və qonşu ölkələrlə yanaşı Böyük Britaniya da narahat olmağa başlayıb. Britaniyanın xarici işlər naziri David Lemmi bildirib ki, London Çinin Cənubi Çin dənizindəki "təhlükəli və sabitliyi pozan" fəaliyyətindən narahatdır. “Biz Çinin Cənubi Çin dənizində təhlükəli və sabitliyi pozan fəaliyyətlərindən narahatıq” deyən Lemmi X profilindəki yazısında bildirib ki, “Böyük Britaniya və dünya iqtisadiyyatı bu ticarət yollarının təhlükəsizliyindən asılıdır”. Bu arada, ABŞ və Yaponiyadan sonra Böyük Britaniya da Filippinlə müdafiə və regional təhlükəsizlik sahəsini əhatə edən çərçivə sazişi imzalayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya