Politoloq: Azərbaycan-İran münasibətlərinin region üçün vacib əhəmiyyəti var
08:47 03.02.2025
Region
616
Azərbaycan və İran arasında qarşılıqlı etimad artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olunub.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.
“Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və xarici işlər naziri cənab Abbas Araqçı ilə səmərəli müzakirələr apardıq. Azərbaycan – İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.
Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”, – o qeyd edib.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Hikmət Hacıyevin İran İslam Respublikasına səfəri fonunda iki ölkə arasında əldə edilən razılaşma mühüm əhəmiyyətə malikdir:
"Azərbaycan və İran arasında qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılığı yüksək qiymətləndirirəm. Hikmət Hacıyevin sosial şəbəkədəki paylaşımından da aydın olur ki, iki ölkə arasında özəlliklə qarşılıqlı münasibətlərdə narazılıq yaradan bir çox məsələlər var. Azərbaycan Prezidentinin köməkçisinin İran İslam Respublikası Prezidentinin siyasi müşaviri və xarici işlər naziri ilə görüşdə həmin məqamların obyektiv, o cümlədən hərtərəfli müzakirəsi aparılıb. Həmçinin bu problemlərin həll edilməsinin vacibliyi vurğulanıb. Ümumiyyətlə rəsmi Tehran və Bakının münasibətləri yüksələn xətt üzrə inkişaf etməlidir. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında bir sıra tarixi bağlar, məqamlar var. İki qonşu ölkənin əlaqələri həmişə yaxşı səviyyədə olmalıdır".
Politoloq vurğulayıb ki, bu günə qədər yaşanan problemlərin səbəbinin də Azərbaycan olmadığını hər kəs bilir:
"Hər halda ümid edirik ki, bu səfər çərçivəsində, doğrudan da, İran rəhbərliyinin verdiyi mesajlar yaxşı nəticələnəcək. Eyni zamanda özəlliklə bu ölkənin mediasında və ictimai sektorunda ölkəmiz əleyhinə aparılan ritorika dayanacaq. İran ərazisindən Azərbaycanın dövlət modeli əleyhinə açıq çağırışlar edən sosial medialarda bəzi adamlar var ki, onların fəaliyyətinin kökü kəsilməlidir. Digər tərəfdən Azərbaycan-İran münasibətlərinin Cənubi Qafqaz regionu üçün vacib əhəmiyyəti var. Azərbaycanın irəli sürdüyü "3+3" məsələsi və digər bir çox platformalardakı birgə əməkdaşlıqlar regiona böyük töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi