
Politoloq: İran və Rusiyanın təmasları genişləndirməsi kifayət qədər ciddi maraq doğurur
10:02 26.02.2025
Region
585
ABŞ-nin həyata keçirdiyi siyasət kontekstində Tehran və Moskva arasında məsləhətləşmələr aparılır
İran və Rusiya əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşündə İran Prezidenti Məsud Pezeşkian deyib.
"İran və Rusiyanın əməkdaşlığı gücləndirmək üçün geniş imkanları var və biz Moskva ilə qarşılıqlı əlaqələri gücləndirməkdə qərarlıyıq", - o bildirib.
İran prezidenti əlavə edib ki, İran və Rusiyanın bir çox regional məsələlərdə də oxşar baxışları var. Tərəflər regional və qlobal səviyyədə əməkdaşlığı ikitərəfli qarşılıqlı fəaliyyətlər, həmçinin ŞƏT, Aİİ və BRİKS təşkilatları vasitəsilə gücləndirməkdə davam edəcəklər.
Qeyd edək ki, Sergey Lavrov 25 fevralda İranda səfərdə olub.
Xatırladaq ki, yanvarın 17-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sənədlə Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Həmçinin müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir.
Eyni zamanda saziş uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.
Politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, İran və Rusiyanın təmasları genişləndirməsi kifayət qədər ciddi maraq doğurur:

"Trampın inauqurasiyasından öncə İran və Rusiya arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Bu, geniş konseptual məsələləri əhatə edən sənəddir. Hazırkı görüş də həmin sazişdən sonrakı addımların nizamlanmasına həsr edilib. İki ölkə arasındakı enerji, nəqliyyat, hərbi, siyasi-iqtisadi mövzular bu və digər formada Azərbaycanı, o cümlədən ümumilikdə Cənubi Qafqazı düşündürür. Çünki Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üzərindən fəaliyyətdədir. Onun miqyasının genişləndirilməsi dövlətlərin əməkdaşlığını bir qədər də artırır. Həmçinin Xəzər hövzəsi də birgə layihələr üçün açıqdır. Baseyn vasitəsilə nəqliyyat yüklərinin daşınması maraq kəsb edən məsələlər sırasındadır. Eyni zamanda İran və Rusiyanın müxtəlif çoxtərəfli müstəvidə də yaxınlaşması haqqında fikirlər ifadə olunur. Bütün bunlar ŞƏT, Aİİ, BRİKS və s. təşkilatları əhatə edir".
Polotoloq əlavə edib ki, ABŞ-nin həyata keçirdiyi siyasət kontekstində Tehran və Moskva arasında məsləhətləşmələr həyata keçirilir:
"Odur ki, tərəflər arasında ciddi yaxınlıq həm də Rusiya-Ukrayna müharibəsi çərçivəsində özünü göstərdi. Ümumilikdə Rusiya qismində tərəfdarının olması Tehran üçün mühüm əhəmiyyət kəsb edir. Çünki İran və İsrail arasında olan münasibətlər hazırda çox gərgindir. Üstəlik, Bayden dövründə bu dövlətlərin bir-birinə raket, dron hücumunun təşkili unudulmayıb. İsrail başladığı mübarizəni sona çatdırmaq istəyir. Ona görə də güc mərkəzləri arasında konsultasiyalar və təmaslar perspektiv planları əhatə edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi