Qar uçqunu səbəbilə Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb

Qar uçqunu səbəbilə Rusiya və Gürcüstan arasında yeganə işlək avtomobil yolu bağlanıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepansminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksək olduğundan bütün növ avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.