
Türkiyə -Ermənistan münasibətlərinin normallaşmasına gedən yol Bakıdan keçir -ŞƏRH
13:44 05.02.2025
Region
794
Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıb.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfəri çərçivəsində Atlantik Şurada çıxışı zamanı deyib.
“Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz daim əlaqə saxlayırıq. Xarici işlər nazirlərimiz hər zaman görüşür və danışır, nümayəndələrimiz daimi təmasdadır və çox fəal işləyirik və nə etmək lazım olduğuna dair ümumi fikir var. Ancaq təbii ki, bəzi nüanslar var və real nəticələr əldə etmək üçün müəyyən son addımlar lazımdır. Ümid edirik ki, nəticə çox tezliklə olacaq”, - o bildirib.
Qeyd edək ki, Türkiyə, Ermənistanla münasibətləri normallaşdırmağa başlasa da, bu addımları, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması şərti ilə atacaq. Yəni, Türkiyə, Azərbaycanın maraqlarına tam uyğun bir şəkildə Ermənistanla münasibətləri tənzimləyəcək. Digər tərəfdən Ermənistanın sərhədlərin açılması, diplomatik əlaqələrin bərpası və iqtisadi əməkdaşlıq istiqamətində bəzi addımlar atması mümkündür. Lakin, bu proses tamamilə asan olmayacaq. Ermənistanın daxili siyasətində hələ də müharibənin nəticələrini qəbul etməkdə çətinliklər ola bilər. Həmçinin, Ermənistanın Rusiyaya olan yaxınlığı və Türkiyənin Qərb ilə olan əlaqələri, bəzi narahatlıqları ortaya çıxara bilər.
Politoloq Elşad Həsənov "Sherg.az"a deyib ki, Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq və sərhədləri açmaq üçün cəhdlər edir:

"Bundan əvvəl Türkiyə-Ermənistan sərhəddində körpünün yenidən qurulması, dəmir yolunun işlək vəziyyətə gətirilməsi ilə bağlı görüşlər keçirilmişdi. Nümayəndələrin görüşməsi və komissiyaların bu istiqamətdə işləməsi başladı. Lakin Türkiyə hər zaman olduğu kimi onlara bildirdi ki, Ermənistanla münasibətlər yalnız onun Azərbaycanla sülh müqaviləsi imzalamasından sonra normallaşa bilər. Paşinyan bunu dərk etdiyi üçün Atlantik Şurada çıxışı zamanı bildirib ki, onun Türkiyə ilə heç bir problemi yoxdur. Amma Türkiyə Ermənistanla əlaqələrin normal olmasına baxmayaraq, diplomatik əməkdaşlıqlara açıq deyil. Rəsmi İrəvan başa düşür ki, onun çıxış yolu Azərbaycanla münasibətləri düzəltməkdir. Buna görə də ilk növbədə Ermənistan Konstitusiyasının preambulasında yer alan Azərbaycana qarşı torpaq iddiasından əl çəkməlidir".
Politoloq Paşinyanın qısa zamanda sülhün imzalanmasına razı olacağını düşünmür:
"Ermənistan 2027-ci ilin iyununda konstitusiya ilə bağlı referendum keçirilməsini nəzərdə tutur. Yəni o vaxta kimi Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması hələlik mümkün deyil. İrəvanın Bakı ilə sülh müqaviləsini imzalamasına mane olan qüvvələr - Fransa və digər Avropa ölkələri var ki, onlar da Avropa İttifaqının (Aİ) "müşahidə missiyasının" müddətini daha 2 il artırdılar. Ümumiyyətlə regionda sülh prosesi reallaşarsa, Türkiyə-Ermənistan əlaqələri qaydasına düşəcək, kommunikasiya və yollar açılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi