Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv etdi
Yusif Nəzərli
16:14 11.02.2025
Region
412
Türkiyənin Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş bəyan edib ki, ölkənin Ticarət Nazirliyi Suriya məhsullarının idxalına icazə verib.
“Türkiyənin Quru və Dəniz limanları Baş İdarəsinin və Ticarət Nazirliyinin birgə iclasında aparılan müzakirələrin nəticəsi olaraq, Suriya mallarının və qida məhsullarının Türkiyə bazarlarına ixrac edilməsinə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub”, - deyə məlumatda qeyd olunub.
Trend xarici mediaya istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı beynəlxalq sanksiyaların ləğv edilməsinin zəruriliyini dəfələrlə vurğulayıb.
2024-cü il noyabr ayının sonunda silahlı müxalif birləşmələr Suriya ordusunun mövqelərinə hücum ediblər. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar. Hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd prezident səlahiyyətlərindən imtina edərək ölkəni tərk edib.
2024-cü ilin yanvar ayından İdlib əyalətində müxalifət tərəfindən yaradılmış qondarma “Xilasetmə hökuməti”nə rəhbərlik etmiş Məhəmməd əl-Bəşir dekabrın 10-da özünü keçid dövründə Suriyanın hökumət rəhbəri elan edib. Bu dövr 2025-ci il martın 1-nə kimi davam edəcək.
Faktiki olaraq Suriyanın lideri “Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa olub. Bu il yanvarın 29-da yeni hakimiyyət keçid dövründə Suriya prezidentinin vəzifələrini əş-Şəraanın icra edəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi