Zəngəzur dəhlizi reallaşsa... - EKSPERT
Yusif Nəzərli
01:31 11.02.2025
Region
478
İranın Avropaya və Rusiyaya tranzit marşrutları Azərbaycan-Türkiyə müttəfiqliyinin xoş niyyətindən asılı olacaq
"Yaxın Şərqdə Türkiyənin maraqlarının genişləndirilməsi Ankaranın Cənubi Qafqazdakı əhatə etdiyi təmsilçilik dairəsinin böyüməsinə də şərait yaradır".
Bunu "Sherg.az"a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov deyib. Ekspert bildirib ki, Rusiya və İranın Suriya teatrında qalib çıxan Türkiyə ilə sövdələşmək imkanlarını qiymətləndirməsi Ankaranın Cənubi Qafqazdakı maraqları ilə uzlaşdırıla bilər:
"Xüsusilə Tehranın Suriyadakı məğlubiyyətindən sonra o, Cənubi Qafqazda Türkiyə ilə rəqabətini açıq qarşıdurma riskinə çevirmək imkanlarını itirib. İran Azərbaycanın Ermənistanın cənubundakı Zəngəzura qəfil hücumundan narahatlığını davam etdirsə də, bu, faktiki olaraq Tehranın Qafqazdakı rolunun marginallaşması fonunda şərh oluna bilər. Zəngəzur dəhlizi reallaşsa, İranın Avropaya və Rusiyaya tranzit marşrutları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin xoş niyyətindən asılı vəziyyətdə qalacaq. Bakı-Tehran xəttindəki son müsbət dinamikalar nəzərə alınmaqla demək olar ki, İran Zəngəzur dəhlizi kontekstindən özünə perspektiv üçün etibarlı iqtisadi-ticari şəbəkə axtarır. Azərbaycan da İranla iqtisadi-ticari əlaqələri yüksəltməyi (Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fonunda) qarşıya hədəf qoyur. Azərbaycanın məqsədi regional əməkdaşlığı stimullaşdırmaq, İranın ambisiyalarını, onun Fransa, Rusiya ilə sövdələşmək kartlarını neytrallaşdırmaq, Tehrana münasibətdə yaranacaq tendensiyaları geoiqtisadi şəbəkələrin daxilində əritməkdir. Azərbaycan diplomatiyası 2025-ci il başlayandan bu yana, Prezident İlham Əliyevin timsalında Zəngəzur dəhlizi ilə əlaqədar daha iddialı ton götürüb. Dövlət başçısının ötən ay verdiyi “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır” deməsi həmin fikrin təsdiqidir. Görünür, Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi, Donald Trampın ABŞ prezidenti olması və Türkiyənin regionda qazandığı uğurlardan dolayı yaranan geosiyasi dəyişikliklərdən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi