İrəvan sülhə, sabitliyə başlıca əngəldir
Yusif Nəzərli
02:26 20.11.2021
Siyasət
663
Düşmən genişmiqyaslı təxribatlar göstərməklə prosesləri tormozlayır
“Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı törətdiyi genişmiqyaslı təxribatlar bir daha rəsmi İrəvanın regionda sülhə, sabitliyə başlıca əngəl olan tərəf olduğunu sübut etdi”.
Bu fikirləri “Şərq”ə açıqlamasında siyasi-şərhçi Turan Rzayev deyib. Politoloq qeyd edib ki, Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnməyə çalışmaları bu ölkənin nəinki sülhə hazır olmadığını, lazım gəldikdə hər an işğalçı siyasətini davam etdirəcəyini aydın şəkildə gözlər önünə sərir:
“Görünür, Ermənistan rəhbərliyində yanlış bir təəssürat formalaşıb ki, 44 günlük müharibə sonrası Azərbaycan arxayınlaşıb, ya da müharibənin bitdiyini düşünür. Elə məhz bu yanlış düşüncə genişmiqyaslı təxribat törətməklə qısamüddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumunu iflasa uğratdı. Ermənistanın son təxribatları və Azərbaycanın adekvat cavab tədbirləri sonrası prosesin alovlanması bir sualı yenidən aktuallaşdırdı. Ermənistanın dövlət sərhədində gərginliyi artırmaqda məqsədi nədir? Aydın məsələdir ki, Ermənistan hakimiyyəti 44 günlük müharibədə ağır məğlubiyyəti, sonrakı dövrdə uğradığı mövqe itkilərini kompensasiya etmək və öz maraqları naminə regiona havadarı olan digər qüvvələri cəlb etmək istəyir. Təsadüfi deyil ki, Ermənistan Rusiyanı şantaj etməyə də cəhd göstərdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması bunu bir daha sübut edir. Yəni Ermənistan bu addımı ilə bir daha regionda yaranan yeni reallıqla barışmaq istəmədiyini həmin reallığı öz maraqları naminə formalaşdırmaq üçün alternativ gücləri prosesə cəlb etmək istədiyini bir daha açıq şəkildə bəyan etdi”.
T.Rzayev əlavə edib ki, prinsip etibarilə rəsmi İrəvanın bu mövqeyi bizim üçün yad deyil:
“Ermənistandan fərqli nəsə gözləmirdik də. Bu mənada deyə bilərəm ki, Ermənistanın bu və bu kimi cəhdlərinin heç bir effekti yoxdur. Rəsmi Bakı regionda Ermənistanı hamıdan yaxşı tanıyır və İrəvanın atdığı addımları öncədən təxmin edir. Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə Ermənistanın Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atması, noyabrın 16-da genişmiqyaslı hücum həyata keçirməyə cəhd göstərməsi və yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsini çatdırıb. Yəni indiki halda rəsmi Bakının atacağı ən sərt addımlara görə belə heç bir beynəlxalq güc Azərbaycanı iddiham edə bilməz. Mövcud gərginlik ilə bağlı artıq bir çox dünya dövləti və regionda marağı olan qüvvələr bəyanat verib. Misal üçün, noyabrın 16-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bundan başqa ABŞ, Rusiya, Fransa, İtaliya və digər ölkələr məsələ ilə bağlı bəyanatlar veriblər. Bəyanatlarda narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulanıb. Yəni bu həm də ondan xəbər verir ki, regionda marağı olan əksər ölkələr gərginliyin artmasında maraqlı deyil. Yəni bu məsələdə həmin dövlətlərin mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir.
Beynəlxalq ictimaiyyətin mövqeyi göstərdi ki, Ermənistanın növbəti təxribatı, Azərbaycanı günahkar qismində təqdim etmək cəhdi iflasa uğradı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya