Film kimi... - Atəş altında iki can dünyaya gəldi
Yusif Nəzərli
23:26 03.03.2022
Relaks
1161
Amerikalı cütlük yeni doğulmuş körpələrinə qovuşa bilmir
Rusiya-Ukrayna müharibəsi ağlagəlməz bir hadisəyə də səbəb olub. “Şərq” “Hürriyetcom”a istinadən dünyaya gəldikləri gündən od-alovun əhatəsində qalan yeni doğulmuş 2 körpənin başına gələnləri təqdim edir. Körpələr amerikalı cütlüyün övladlarıdır. Amma onları surroqat ana dünyaya gətirib. Amerikalı cütlük – 46 yaşlı Alexander Spektör və 48 yaşlı İrma Nunnez yeni doğulmuş körpələrinə qovuşacaqları günü gözləyir.
Ata-ana ABŞ-da, körpələr isə Kiyevdədir. Cütlük övlad sahibi olmaq üçün daşıyıcı ana axtarışına çıxıblar və onu Kiyevdə tapıblar. Hardan biləydilər ki, müharibə başlayacaq və körpələri od-alovun içində qalacaq? Körpələrin dünyaya gəlməsinə və ailəyə təslim edilməsinə 7 həftə vardı. Rusiya Ukraynaya hücuma keçən günün ertəsi Alexanderin telefonuna zəng gəlib və ona “əkiz oğlunuz oldu”, müjdəsi verilib. Məlum olub ki, əkizlər vaxtından əvvəl dünyaya gəlib. Erkən doğuma rəğmən körpələr sağlamdır. Problem yalnız budur ki, körpələr atəş altında qalan şəhərin xəstəxanasındadırlar. Spektör “bu, dəliliyə oxşayır. Bu, həyatımızın ən uzun həftəsi oldu”, deyib. Hazırda amerikalı valideynlər körpələrini atəş altından necə çıxaracaqlarını düşünür, bir yol tapmağa çalışırlar. Körpələrin xəstəxanadan çıxarılması üçün xüsusi tibbi yardım maşını lazımdır.
Ancaq hazırkı şəraitdə buna nail olunması mümkünsüz görünür. Körpələr vaxtından əvvəl doğulduqları üçün bir müddət xüsusi nəzarət altında və aparatlara bağlı qalmalıdırlar. Bu da onların xəstəxanadan və ölkədən çıxarılmasını çətinləşdirir.
Valideynlərsə körpələrini qısa zamanda, heç olmasa ən yaxın və təhlükəsiz ölkəyə - Polşaya təxliyə edilmələrini istəyirlər. Valideynlər hətta ABŞ Xarici İşlər Nazirliyinə müraciət edib, senatorlarla da danışıblar. Lakin hələ də çarəsiz şəkildə gözləməkdən başqa əllərindən bir şey gəlmir.
Spektör heç nəyə baxmayaraq yenə də özünü xoşbəxt hiss etdiyini deyib:
İki can dünyaya gəldi. Dünyaya gəlişləri də çox çətin oldu, valideynlərinə qovuşmaları da çətin olacaq. Bütün bu dağıntılar içində dünyaya gəlmələri yenə də bizə inanılmaz dərəcədə ümid verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
08:20 16.11.2026
Şou
Yadplanetlilər Yerə enir?
07:51 16.11.2026
Maraqlı
Payızda bu 2 qida mütləq yeyilməlidir
07:17 16.11.2026
Sağlamlıq
ABŞ-ın daha bir aviadaşıyıcısı Yaxın Şərqə gəlir
06:42 16.11.2026
Aktual
Serial eşqi gerçək oldu
03:33 16.11.2026
Şou
Qanınızı qatılaşdıran 2 əsas səbəb
02:56 16.11.2026
Sağlamlıq
Hörmüz boğazında tanker minaya düşüb
01:59 16.11.2026
Son dəqiqə
Saakaşvili milli komandanı dəstəkləməyəcək - Səbəb
01:40 16.11.2026
Aktual
İran XİN: ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil
00:37 16.11.2026
Region
KİV: İranın arsenalında 1500–2500 ballistik raket var
00:16 16.11.2026
Aktual
Çexiyada son 40 ilin ən böyük etirazı...
23:33 15.11.2026
Dünya
Xırdalanda güclü külək 7 avtomobilə ziyan vurub
23:15 15.11.2026
Hadisə
Husilər Ər-Riyadda hava limanını hədəfə aldıqlarını açıqlayıblar
22:56 15.11.2026
Gündəm
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm