İlon Mask “Twitter”lə bağlı mətbuata sızan planlarını təkzib etdi 

Amerikalı milyarder İlon Mask “Twitter”lə bağlı mətbuata sızan planlarını təkzib edib. Belə ki, o, “Twitter” işçiləri ilə görüşdə şirkətin satın alınacağı təqdirdə onların əksəriyyətini işdən çıxarmaq niyyətində olmadığını bildirib.

Bundan əvvəl “The Washington Post” qəzeti amerikalı sahibkarın “Twitter”i 44 milyard dollara almasından sonra işçilərin sayını 75 faiz azaltmaq niyyətində olduğunu bildirmişdi. Eyni zamanda aydınlaşdırılıb ki, sövdələşmə baş tutmasa belə, şirkət irimiqyaslı ixtisarlara məruz qalmalıdır.

Qeyd edək ki, amerikalı milyarder “Twitter” sosial şəbəkəsini aldığını elan edib. Bunun üçün o, çox orijinal üsul seçib. Belə ki, profilinin adını “Chief Twit” olaraq dəyişdirib.