Sevimli qonaq: Zelenski Bakıda özünü çox sərbəst aparırdı - FOTOLAR
Turan
07:51 19.12.2019
Relaks
993
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya 16 və 17 dekabr tarixlərində Azərbaycana səfərdə olub. Zelenskinin səfəri Azərbaycan və Ukrayna ictimaiyyətləri tərəfindən çox maraqla qarşılanıb. Sosial şəbəkələrdə də milyonlarla insan Zelenskinin Bakı səfərini, xüsusən paytaxtda sərgilədiyi səmimi davranışlarını yüksək qiymətləndiriblər. Ukrayna liderinin həm siyasi açıqlamaları, həm də azərbaycanlılarla bağlı müsbət fikirləri cəmiyyətə xoş təsir bağışlayıb.
“Dostluq münasibətləri ildən-ilə möhkəmlənən xalqlarımızı bu oxşar xüsusiyyət də birləşdirir. Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi - “Xalqların dostluğu sülhün təməlidir” deyən Ukrayna prezidentinin Azərbaycana və azərbaycanlılara qarşı olan sevgisi də nəzərdən yayınmayıb. Baş nazir Əli Əsədovun və icra başçısı Eldar Əzizovun müşayiəti ilə Bakının görməli yerlərini gəzən Zelenski xeyli selfi çəkdirərək sosial şəbəkədə paylaşımlar edib. Şəhərin küçələrini mühafizəsiz gəzən Zelenski Bakının gözəlliyinə heyranlığını Ukrayna xalqına canlı görüntülərlə də nümayiş etdirib. Bakıdakı “Oyuncaq evi” mağazasına daxil olan prezident uşaqlarına hədiyyələr alıb və insanlarla söhbət edib.
Şübhəsiz, Zelenski dövlət başçısı kimi Azərbaycan-Ukrayna əlaqələrindən, münaqişələrin həllindən və iqtisadi məsələlərdən də söz açıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Kiyevin hər zaman Bakının yanında olduğunu vurğulayıb. Azərbaycan-Ukrayna münasibətlərinin gələcəkdə də güclənərək yeni səviyyəyə çıxacağına əmin olduğunu dilə gətirən Zelenski dövlət başçısı İlham Əliyevi Ukraynaya dəvət edib. Bir sözlə, gənc prezident həm rəsmi səfəri, həm də qeyri-rəsmi gəzintiləri zamanı kifayət qədər səmimi olduğunu nümayiş etdirib.
Zelenskinin Azərbaycan səfərinin qeyri-rəsmi tərəflərini “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Ukrayna prezidenti Azərbaycana ilk rəsmi səfərini etsə də, qeyri-rəsmi olaraq dəfələrlə ölkəmizdə olub. Ekspertin sözlərinə görə, Zelenski prezident olmadığı dövrlərdə Azərbaycanın müxtəlif bölgələrini gəzib və insanlarımızın qonaqpərvərliyinin şahidi olub:
“İllər öncə Zelenski öz çəkiliş qrupu ilə Bakıda və Qəbələdə olub. Azərbaycanlılar ukraynalı jurnalisti çox gözəl qəbul ediblər, xalqımızın qonaqpərvərliyini ona göstəriblər. Zelenski Azərbaycanın iaşə obyektlərində olub və milli yeməklərimizdən çox məmnun qalıb. Xoş təəssüratlarını da dərhal sosial şəbəkə profilində paylaşıb. Yəni ukraynalıları da Azərbaycanla tanış edib. Əslində, rəsmi səfərin prezident Zelenskidə yaratdığı təəssürat jurnalist Zelenskinin təəssüratları ilə üst-üstə düşür. Yəni dəyişən heç nə yoxdur. Ukrayna rəhbəri istənilən halda Azərbaycan vətəndaşının gülər üzünü və mehribanlığını görüb. Ona görə də Zelenski Bakıda özünü çox rahat aparırdı. Rəsmi şəxs statusunda olsa belə Azərbaycanda tamamilə səmimi hərəkət edirdi”.
Siyasi şərhçi vurğulayıb ki, Ukrayna prezidentinin münasibətləri ölkələrimiz arasında ikitərəfli əlaqələrə də müsbət təsir göstərir:
“Zelenski jurnalist olduğu dövrdə azərbaycanlıları özünə dost bilirdisə, prezident olaraq Azərbaycanı ən yaxın tərəfdaş kimi görür. Bu da çox vacib məqamdır. Çünki Zelenski Ukraynanın digər prezidentlərindən fərqli olaraq azərbaycanlıların istəklərini daha yaxşı bilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya
Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur
10:28 13.10.2026
İnfrastruktur
“44” filmi ilə bağlı mətbuat konfransı keçirilib
10:24 13.10.2026
Mədəniyyət
Yuliya Pasternak vəzifəsindən ayrıldı
10:17 13.10.2026
Dünya