Professor Nadir Məmmədli TÜRKSOY medalı ilə təltif edilib
Yusif Nəzərli
21:09 19.05.2025
Gündəm
653
Şəki şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Bəxtiyar Vahabzadə yaradıcılığından danışıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunulur.
Konfransda TÜRKSOY-un Baş katibi, Qırğız Respublikasının Xalq yazıçısı Sultan Raev Nadir Məmmədlini TÜRKSOY medalı ilə təltif edib.
Qeyd edək ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin təmsilçisi Ufuk Turqaner, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel, Qırğızıstanın ölkəmizdəki səfiri Maksat Mamitkanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Milli Məclisin deputatı, Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, eləcə də digər təşkilatların nümayəndələri, elm adamları, ziyalılar iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm