BDU dünya universitetləri reytinqində TOP-700-lükdə yer alaraq, Cənubi Qafqaz üzrə liderdir
08:36 19.06.2025
Elm və Təhsil
589
Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşaraq, növbəti mühüm uğura imza atıb. Bu nəticə Universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir.
QS agentliyi tərəfindən yeni reytinq sıralaması hazırlanarkən 105 ölkədən 8467 universitetin məlumatları qiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinq siyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsil müəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınma səviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar, məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət və tələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıq meyarları əsas götürülür.
BDU-nun bu uğuru son illərdə Universitetin elmi fəaliyyətinin intensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqların inkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulan funksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafına yönəlmiş kompleks islahatların göstəricisidir.
Bu dövrdə Universitetdə qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzun bacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması və rəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinin tətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Eyni zamanda, BDU beynəlxalq şəbəkələrdə fəal iştirakını genişləndirərək, nüfuzlu akademik institutlarla, sənaye liderləri və texnoloji şirkətlərlə tərəfdaşlıq əlaqələrini gücləndirib, bu əməkdaşlıqlar vasitəsilə həm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlü tədris mühitinin formalaşmasını təmin edib.
BDU rəhbərliyi bu mühüm göstəricinin əldə olunmasında əməyi olan akademik və inzibati heyətə, tələbələrə və Universitetin bütün tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbəti illərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanın beynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur. Eyni zamanda, QS reytinqində yer alan digər Azərbaycan universitetlərini bu uğurları münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib. BDU bu hədəfə artıq nail olmağın qürurunu yaşayır və ölkənin digər universitetlərinin də qlobal reytinqlərdə irəliləyəcəyinə inanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm