Son xəbərlər

İsmayıllıda bir tondan çox çətənə kolu aşkar edildi

İsmayıllıda külli miqdarda çətənə kolu yandırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 239 kiloqram olan 1 548 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.