"Səfir ermənilərin xoşuna gəlmək üçün mənasız cümlə işlədib"
Yusif Nəzərli
03:30 17.11.2021
Siyasət
699
Fazil Mustafa: "Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, o halda dərhal ölkədən qovulmalıdır"
“Niderlandın Ermənistandakı səfiri ölkəsinin Azərbaycandakı səfirinin Şuşaya səfərini şərh edərkən heç bir şəkildə Şuşa və ya Qarabağa gerçəkləşdirilən ziyarətin ölkəsinin mövcud durumu legitimləşdirməsi və ya tanıması mənasını daşımadığını söyləyib”. Bunu millət vəkili Fazil Mustafa feysbuk səhifəsində yazıb. Deputat bildirib ki, axmaq səfirə çətin də olsa anlatmaq lazımdır ki, indi biz Niderlandın özünü tanıyıb, onun hansısa bir şəhərini və ya bir ərazisini tanımasaq, deməzlər ki, bu nə məntiqsizlikdir:
“Adamın beynəlxalq hüquqdan başı çıxmadığını söyləmək yanlış olar, orada ermənilərin xoşuna gəlmək üçün mənasız bir cümlə işlədib. Biz artıq Şuşanı da, Qarabağı da Azərbaycan ərazisi kimi işğaldan azad edərək legitimləşdirmişik. Əgər Niderland səfiri Azərbaycan ərazisinin bir hissəsini tanımaq fikrində deyilsə, görüşünü açıqca bəyan etsin. O halda dərhal ölkədən qovulmalıdır. Türkiyə Prezidenti Ərdoğan bunun yaxşı presedentini ortaya qoymuşdu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya