Moldovalı nazir Rusiyaya görə 100 hektar torpaq istədi
Yusif Nəzərli
11:34 03.08.2022
Dünya
782
Moldovanın baş nazirinin müavini, infrastruktur naziri Andrey Spinu söyüdü əsl alternativ enerji mənbəyi adlandırıb. O bu məqsədlə söyüd əkmək üçün 100 hektar torpaq sahəsinin ayrılması xahişi ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
Baş nazirin müavini eyni zamanda qeyd edib ki, alternativ enerji mənbəyi ilə bağlı plan qarşıdan gələn qış üçün nəzərdə tutulmayıb və yalnız yaxın illərdə reallaşa bilər.
“Söyüd nə qədər sürətlə inkişaf etsə də, bir ilə kifayət qədər böyüməz. Yeni kənd təsərrüfatı naziri ilə sıx əlaqə saxlayırıq, ümid edirəm ki, tezliklə 100 hektar torpaqla bağlı cavabımız olacaq”, - deyə Spinu bildirib.
Nazir söyüdlərin biokütlə mənbəyi olduğunu xatırladaraq, ondan dövlət qurumlarında və ya təsərrüfatlarda istifadə oluna biləcək digər yanacaqlar hazırlana biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Moldovaqaz” enerji şirkəti “Qazprom”dan qiymət çox yüksək olduğuna görə avqust ayı üçün ödənişləri təxirə salmağı xahiş edib.
Mənbə: tv8.md
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi