Avtomobil hansı halda cərimə meydançasına aparıla bilər, hansı halda yox? - AÇIQLAMA
Yusif Nəzərli
08:02 12.08.2022
Cəmiyyət
508
Yol polisi əməkdaşları ilə sürücülər arasında mübahisələr tez-tez gündəmə gəlir. Sosial şəbəkələrdə paylaşılan mübahisəli məqamlardan biri isə nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması məsələsidir.
Vətəndaşlardan biri özünə aid nəqliyyat vasitəsinin bamperi olmadığı üçün cərimə meydançasına göndərildiyi, 25 gündür orada saxlanıldığı ilə bağlı məlumat paylaşıb.
Mübahisəli məqam isə vətəndaşın bunu qanunsuz, polisin qanuni adlandırmasıdır.
Ümumiyyətlə avtomobilin bamperi və digər hansı hissələri olmayanda idarə etmək olmaz? Bu məsələdə istisna hallar varmı? Yəni, avtomobil qanunla cərimə meydançasına hansı hallarda aparıla bilər, hansı hallarda yox?
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin (İXM) 96-cı maddəsində (Maddə 96. Nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırma və sərxoşluq vəziyyətinin müayinəsi) müvafiq bəndlər göstərilib:
“Orada bir sıra hallar var – nəqliyyat vasitəsini etibarnaməsiz idarə edənlər, sürücülük hüququ olmayanlar, avtomobilə əlavə avadanlıqların qoşulması, istismar qaydalarının pozulması və s. Sözügedən məsələ də məhz avtomobilin istismar qaydalarının pozulması halına aiddir və qanunla həmin nəqliyyat vasitəsi cərimə meydançasına aparılır. Əgər istismar qaydalarının tamamlanması yerində aradan qaldırılırsa, cərimə meydançasına aparılmır. Artıq cərimə meydançasına aparılan nəqliyyat vasitəsi isə evakuatorla polis əməkdaşlarının iştirakı ilə emalatxanaya aparılır. Nəqliyyat vasitəsi tam istismar qaydalarına cavab verəcək formada düzəldildikdən sonra hərəkətinə icazə verilir. Yenidən nəqliyyat vasitəsi eyni halla aşkarlanarsa, eyni prosedur çərçivəsində cərimə meydançasına aparılır”.
“Avtomobilin arxa və ön hissəsində birmənalı şəkildə bamper olmalıdır. Ən kiçik qəza anında bamperlər müəyyən mənada qoruyucu rol oynayır. Bu barədə məqamlar daha ətraflı “Yol hərəkəti haqqında” Qanunun 2 saylı əlavəsində göstərilib”, - deyə A.Əsgərli qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya