“Xoruz”un “erməni quyruğu” qapı arasında və ya Senatın xeyirsiz duası... – Reaksiya!
Yusif Nəzərli
14:39 16.11.2022
Aktual
932
"Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər".
Bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov parlamentin noyabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fransa Senatının 15 noyabr 2022-ci il tarixli qətnaməsində Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirərək ölkəmiz əleyhinə absurd iddialar və ifadələrə yer verilib. 30 il ərzində torpaqları işğal edilən ölkə hərbi təcavüzdə ittiham edilir. Halbuki bütün hüquq normalarını, 10 noyabr bəyannaməsinin bütün şərtlərini məhz Ermənistan pozub:
"Hətta Vətən Müharibəsindən sonrakı dövrdə Ermənistan ərazilərimizə minaların basdırılmasını davam etdirir və xəritələri vermir. Ölkəmizə qarşı baş verən hadisələr fonunda Fransa senatının belə sənədi qəbul etməsi bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini əks etdirir.
Tarix boyu müxtəlif ölkələrə qarşı törətdiyi vəhşiliklərdən sonra Fransanın irqi ayrıseçkilikdən danışmağa haqqı yoxdur. Əlcəzair soyqırımı barədə Azərbaycan parlamentində də dinləmələrin keçirilməsi məsələsinə baxıla bilər. Səs çoxluğu ilə qəbul edilən bu qətnaməyə səs verənlər nəticə etibarı ilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs veriblər".
Qeyd edək ki, Fransa Senatı noyabrın 15-də “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı “qətnamə” qəbul edib.
Müxtəlif ölkə parlamentlərindəki dinləmələrin, dünya ictimai rəyinə və müzakirə olunan dövlətə təsir imkanı daşıdığını deyən Azərbaycan Alyans Partiyasının sədri Abutalıb Səmədov “Sherg.az"a bildirib ki, bu praktikadan dünya ölkələri hər zaman istifadə edib:
“İndi Fransa senatı Azərbaycana qarşı növbəti qətnaməni qəbul edib. Bundan əvvəl 2020-ci ilin dekabrında isə daha dəhşətli sənəd qəbul olunmuşdu. Hər iki qətnamənin xeyir-duasını Fransa prezident sarayı verib. Çünki onlar istəməsələr, bunun qarşısını ala bilərdilər. Əlcəzairdə baş verən hadisələrlə bağlı Azərbaycan parlamentində dinləmələrin keçirilməsində isə heç bir çətinlik yoxdur. Burada təpər tapmaq ifadəsini yanlış hesab edirəm. Yəni bu dinləmələrin nə təhlükəsi var ki, belə ifadədən istifadə olunur. Digər tərəfdən sual yaranır ki, bu dinləmənin bir faydası olacaqmı? Xüsusən də qətnamənin qəbulundan sonra belə bir addımın atılması Azərbaycanın nüfuzunu artıracaq mı? Məlumdur ki, ölkə başçısı yaxın zamanda Fransanın Əlcəzairdə törətdikləri ilə bağlı saballı bir bəyanat verdi. Bu bəyanat isə dünya ictimai rəyinə ciddi təsir göstərdi. Bizim keçirəcəyimiz dinləmələrin və qəbul edəcəyimiz sənədin Fransaya və ictimai rəyə bir təsiri olacaqsa, bu dinləmələri keçirmək olar. Ancaq təsiri olacağını düşünmürəm”.
Partiya rəhbəri qeyd edib ki, dünyadakı hegemon dövlətlər “burunlarını hər yerə soxur” və digər ölkələrin işlərinə qarışaraq dünya ictimai rəyini yönləndirirlər:
“ABŞ konqresinin milli müdafiə haqqındakı qanununda Azərbaycan və Türkiyəni “Arsax”a hücum etməkdə günahlandırması və Fransa Senatının 30 illik Azərbaycan ərazilərinin işğalına göz yumub, bizim əleyhimizə qətnamə qəbul etməsi, bizim həqiqətləri dünyaya çatdıra bilməməyimiz deməkdir. Əgər işimizi bu istiqamətdə qursaq, daha yaxşı olar. Bu dinləmələr təşkil olunsa, Fransa Senatının qəbul etdiyi sənədə tutarlı cavab olmayacaq. Bunun ən azından indi keçirilməsini doğru saymıram.
Əgər lazımdırsa, hazırlıq görülməli və bir müddətdən sonra baş tutmalıdır. Bununla da dünya da biləcək ki, burada məqsəd Fransa Senatının hazırladığı qətnaməyə cavab vermək deyil, amalımız onların törətdiyi cinayətlərin unudulmamasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət