Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: “Yalnız onu deyə bilərəm ki...”
Yusif Nəzərli
13:51 21.01.2023
Cəmiyyət
648
Meyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu İsgəndər Mehdiyevdən danışıb.
Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub:
“Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki tərəf mənə çox yaxın olub. İsgəndər mənim bibim oğlum, doğmam idi. Rəşad Dağlı isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla çörək kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki, Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!? Allah bilən məsləhətdir”.
Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd edib:
“Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın başına gəlməli bir şey deyildi. Rəşad özü azadlıqda olanda da bilirdi ki, Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə Rəşadla bir yerdə getmişdik.
Dedi: “Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır”. Yəni Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb, mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa, bu qalıb onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki bibim oğluna, eləcə də dostuma görə pis olmuşam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya