Mirziyoyev: "İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran əsas qlobal çağırışdır"
14:05 12.11.2024
COP29
605
"İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran və böhranları dərinləşdirən əsas qlobal çağırışdır".
"Report" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
Özbəkistan lideri Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Ş.Mirziyoyev vurğulayıb ki, Özbəkistan müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanın fəal səylərini tam dəstəkləyir.
"Bu gün iqlim dəyişikliyi geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərən əsas qlobal çağırışdır. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslara çıxış problemləri dərinləşir. Biz bu problemləri Mərkəzi Asiyada kəskin şəkildə hiss edirik", - o bildirib.
"İqlim problemləri əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və milli strategiyaların həyata keçirilməsinə mane olur", - o bildirib.
Ş.Mirziyoyevin sözlərinə görə, Özbəkistan Paris Sazişinin qlobal məqsədlərinə, o cümlədən cari yüzillikdə istiləşmənin 1,5 dərəcə Selsi səviyyəsində saxlanılmasına sadiqdir.
"Biz öz növbəmizdə karbon neytrallığına nail olmaq üçün genişmiqyaslı islahatlar həyata keçirir, 2030-cu ilə qədər emissiyaları 35% azaltmağı planlaşdırırıq. Biz həmçinin yaşıl məkanı genişləndirir, regional iqlim strategiyasının həyata keçirilməsində qonşu ölkələrlə əməkdaşlıq edirik", - Özbəkistan prezidenti bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq