Orban: Macarıstan istixana emissiyalarını 50 faiz azaltmağı hədəfləyir
15:42 12.11.2024
COP29
522
İri korporasiyalar iqlimin qorunmasına töhfə verməlidir, Macarıstanın məqsədi istixana qazı emissiyalarını 50 % azaltmaqdır.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 liderlərinin sammitində Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Biz şirkətlərin və fermerlərin qarşısına qeyri-real hədəflər qoya bilmərik. Biz onlara əməli dəstək təklif etməliyik. “Yaşıl” keçid və iqlim dəyişikliyi ilə mübarizə işgüzar dairələrə qarşı yönəlməməlidir. Əksinə, bu proses qarşılıqlı olmalıdır, maliyyə təminatları olmalı, əhəmiyyətli investisiyalar yatırılmalıdır. İri korporasiyalar iqlimi qorumaq üçün öz töhfələrini verməlidirlər”, - Orban deyib.
Onun fikrincə, qlobal iqlim siyasəti ideoloji mülahizələrə və ya həyəcan təbili çalmağa deyil, sağlam düşüncəyə əsaslanmalıdır.
“Həmçinin Macarıstan vətəndaşlarının maraqlarını nəzərə almaq lazımdır. Biz enerjinin saxlanması, elektrik nəqliyyat vasitələrinin inkişafının mühüm iştirakçısıyıq, onun payını 70 %-ə çatdırırıq”, - Orban xatırladıb.
Macarıstan Baş naziri ölkəsinin şərqdən qərbə enerji tranzitində əsas rol oynadığını vurğulayıb.
O əlavə edib ki, Macarıstan iqlimin qorunması məsələlərinə görə Aİ ölkələri arasında liderdir. “Biz tullantıları azaldırıq. Gələcəklə bağlı, qarşımıza iddialı hədəflər qoyuruq. Məqsədimiz istixana qazlarının emissiyarını 40 % yox, 50 % azaltmaqdır”, - Macarıstanın Baş naziri fikrini tamamlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq