Dünyanı təşvişə salan yeni virus: HMPV, onun əlamətləri nədir?
09:56 13.01.2025
Sağlamlıq
737
Çində yayılan HMPV virusu bütün dünyada narahatlığa səbəb olub. İnsan metapnevmovirusunun qısaltması olan HMPV qrip və ya soyuqdəyməyə bənzər simptomlarla özünü göstərir. Virusun xüsusilə uşaqlar, 65 yaşdan yuxarı şəxslər və immun sistemi zəif olanlar üçün təhlükə yaratdığı vurğulanır. Beləliklə, HMPV nədir və onun simptomları nədir?
Sherg.az xəbər verir ki, Çin mediası insan metapnevmovirusu (HMPV) kimi tanınan virus infeksiyasının uşaqlar arasında yayıldığını və 2024-cü ilin son günlərində ciddi artım göstərdiyini bildirib. Bu vəziyyət xüsusilə valideynlər və səhiyyə işçiləri arasında narahatlıq yaradıb. HMPV hallarının sürətlə yayıldığı iddiaları sosial mediada da sürətlənib.
Xəstəxanaların daşması ilə bağlı yazılar ictimaiyyət arasında daha da çaxnaşma yaradıb. Sosial media platformalarında yayılan video və fotolar səhiyyə sisteminin yükünü ortaya qoyur. Xəstəxanalardakı tıxac, təcili yardım otaqlarında gözləyən uşaqların görüntüləri ilə birləşərək, epidemiyanın miqyası ilə bağlı daha çox fərziyyələrə səbəb oldu.
İnsanların çoxunun uşaq ikən və həyatı boyu bir dəfədən çox tutduğu HMPV, tənəffüs yolu xəstəliklərinə səbəb olan çoxsaylı patogenlərdən biri hesab olunur.
Mövsümi qrip və Covid-19-a bənzər öskürək, qızdırma, burun tutulması və hırıltı kimi simptomlara səbəb olan HMPV əksər hallarda yüngüldür, lakin körpələrdə, yaşlılarda və immun sistemləri zəif olan insanlarda bronxit və ya pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər.
Virus öskürmə və ya asqırma zamanı yayılan damlacıqlar və ya xəstə insanlarla və ya virusa yoluxmuş səthlərlə təmas zamanı ötürülür.
HMPV üçün xüsusi antiviral müalicə və ya peyvənd olmasa da, xəstəliyin yayılmasının qarşısını almaq üçün elmi araşdırmalar davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm