Təkcə Minsk qrupunun buraxılmasına imza atmaq yetərli deyil - RƏY
Yusif Nəzərli
05:51 17.04.2025
Siyasət
620
“Paşinyanın Minsk qrupunun buraxılması tələbi ilə razılaşması həm də o deməkdir ki, Ermənistan Qərbi Azərbaycana qayıdışı "ərazi iddiası" kimi dəyərləndirməkdən də geri çəkilir”
"Ermənistan Baş naziri Nikol Paşinyan nəhayət ki, ATƏT-in Minsk qrupunun buraxılması barədə Azərbaycanın tələbinə konstruktiv yanaşma göstərdi". Bu barədə siyasi şərhçi Aydın Quliyev deyib. Ekspert bildirib ki, nə qədər ardıcıl olacağını söyləmək hələlik çətindir. Lakin üzdə olan konstruktivlik budur ki, sülh sazişinin imzalanması ilə eyni gündə Minsk qrupunun buraxılması barədə bəyanata imza ata biləcəklərini dedi:
"XİN başçısı A.Mirzoyan bir az da irəli gedərək "hansının əvvəl, hansının sonra olmasının fərqinə varmadan 10 dəqiqə fasilə ilə imzalaya bilərik" söylədi. Azərbaycanın rəsmi olaraq bu yanaşmaya necə münasibət bildirməsi dövlət başçısının işidir. Lakin hər halda Ermənistan baş nazirinin tam fərqli şeylər dediyi vaxtlar da var idi. Məsələn, deyirdi ki, "münaqişə hələ bitmədiyi üçün Minsk qrupunun buraxılmasına ehtiyac yoxdur". Yaxud deyirdi ki, "Azərbaycan "Qərbi Azərbaycan" məsələsi altında bizə qarşı ərazi iddialarında olduğu üçün aramızdakı münaqişə hələ bitmiş sayıla bilməz". Bu, ifrat revanşist mövqe idi. Baxmayaraq ki, Qərbi azərbaycanlıların vətənlərinə qayıdışı heç bir halda Ermənistandan ərazi iddiası sayıla bilməz, ancaq nə edəsən ki, Ermənistan rəhbərliyi son günlərə qədər bunu o cür qəbul edirdi".
Analitikin fikrincə, Paşinyanın Minsk qrupunun buraxılması tələbi ilə razılaşması həm də o deməkdir ki, Ermənistan Qərbi Azərbaycana qayıdışı "ərazi iddiası" kimi dəyərləndirməkdən də geri çəkilir:
"Bu, həqiqətənmi belədirmi? Yoxsa Paşinyan Qərbi azərbaycanlıların qayıdışını ərazi iddiası kimi yozmaq üçün gələcəkdə başqa arqumentlər axtaracaq? Hələlik bilmirik. Hər şeyi Paşinyanın sülh sazişini imzalamağa nə qədər hazır olması göstərəcək. Sazişi imzalamaq üçün hazırlıq deyəndə isə təkcə Minsk qrupunun buraxılmasına imza atmaq yetərli deyil. Konstitusiyanı dəyişmək prosesinə başlamaq da vacibdir. Yox, əgər Paşinyan "sülh sazişi imzalandıqdan sonra konstitusiya dəyişikliyi bizim konstitusiya məhkəməsinin qərarından asılı olacaq" mövqeyində qalarsa, nə sülh sazişi olacaq, nə də Minsk qrupunun buraxılmasının bir mənası qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş” son 10 ilin ən yaxşı göstəricisinə imza atıb
18:50 10.11.2026
Futbol
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region