EBRD: Azərbaycanın sülh quruculuğu Orta dəhlizdə investisiya axınını təşviq edə bilər
Yusif Nəzərli
06:13 13.05.2025
İqtisadiyyat
465
Azərbaycanın iqtisadi artım tempi 2025-2026-cı illərdə zəifləyə bilər.
"APA-Economics" xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın 2024-cü ildəki iqtisadi artımını müsbət qiymətləndirib, lakin növbəti illərdə bu tempin zəifləyə biləcəyini proqnozlaşdırıb.
Bankın yeni hesabatına görə, real ÜDM 2024-cü ildə 4,1% artaraq, 2023-cü ildəki 1,4%-lə müqayisədə əhəmiyyətli yüksəliş nümayiş etdirib. Artım əsasən neftdənkənar sektor və dövlət investisiyaları ilə təmin olunub. Neftdənkənar iqtisadiyyat 6,2% böyüyüb. Tikinti, informasiya-kommunikasiya texnologiyaları (İKT), nəqliyyat və turizm bu artımın əsas drayverləri olub.
2024-cü ilin martından etibarən neft-qaz sektoru da artıma qayıdıb. Bu, qaz hasilatının genişlənməsi və Avropa bazarındakı tələbatın ödənilməsi ilə əlaqələndirilir.
Bununla belə, 2025-ci ilin ilk rübündə real ÜDM artımı cəmi 0,3% təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə (4%) xeyli zəif göstəricidir. EBRD bildirir ki, neft-qaz sektorunda istehsalın azalması bu zəifliyə səbəb olub.
İnflyasiya 2024-cü ilin aprelində son doqquz ilin ən aşağı səviyyəsinə enərək 5,9% olub və hələ də Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf intervalı olan 4% (±2%) daxilində qalır. EBRD qeyd edir ki, inflyasiyanın azalması fonunda AMB 2023-cü ilin sonlarından başlayaraq uçot dərəcəsini ümumilikdə 175 baza bəndi endirib — 2023-cü ilin noyabrında 9%-dən 2024-cü ilin mayında 7,25%-ə salaraq bu səviyyədə saxlayıb.
Kredit artımının 2024-cü ildə 20%-i keçməsi səbəbindən, AMB əlavə tədbir olaraq 2025-ci ilin martından qüvvəyə minəcək 0,5%-lik antitsiklik kapital buferi tətbiq edib.
EBRD 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 3%, 2026-cı ildə isə 2,5% artacağını proqnozlaşdırır. Bu artımın əsasən neftdənkənar sektorda genişlənmə və davamlı dövlət investisiyaları ilə dəstəklənəcəyi bildirilir.
Bununla yanaşı, hesabatda qeyd olunur ki, iqtisadi proqnozlar neft və qaz qiymətlərindəki dəyişikliklərə qarşı yüksək həssas olaraq qalır. Ticarət siyasətində qeyri-müəyyənliklər, xarici tələbin zəifləməsi və regional normallaşma səylərindəki mümkün ləngimələr iqtisadi sabitliyə risk yarada bilər.
Orta müddətli dövrdə isə EBRD hesab edir ki, Çini Avropa ilə birləşdirən Orta Dəhliz üzrə ticarətin inkişafı Azərbaycanın nəqliyyat və logistika sektorlarında yeni imkanlar aça bilər. Sülh quruculuğu səyləri bu istiqamətdə yeni ticarət marşrutları və investisiya axınlarını təşviq edə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya
Babək prospektində obyektdə yanğın oldu - VİDEO
09:49 11.08.2026
Hadisə