
Ermənistan silahlanarsa...- Azərbaycan eksklüziv qabiliyyətini işə salacaq – TƏHLİL
12:07 04.11.2025
Cənubi Qafqaz
528
Ermənistan silah və hərbi texnika alarkən Azərbaycanla imzalanmış Vaşinqton razılaşmalarını nəzərə alacaq.
Bu sözləri müdafiə naziri Suren Papikyan jurnalistlərə açıqlamasında deyib.
Papikyan qeyd edib ki, İrəvan və Bakının ABŞ-da əldə etdiyi razılaşmalar mühüm haldır və öz nəticələri olacaq. Müdafiə naziri Ermənistanla Hindistan arasında Su-30 MK qırıcılarının alınması ilə bağlı razılaşmanın olmadığını da vurğulayıb. Buna baxmayaraq Ermənistanın silahlanması ilə əlaqədar müzakirələr bir neçə gündür ki, davam edir.
Siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Sherg.az-a bildirib ki, Azərbaycan Ermənistanın silahlanmasının doğura biləcəyi risklərə qarşı preventiv tədbirlərini sülh gündəmi ilə prioritetləşdirə bilər:

“Azərbaycan Respublikası bununla əlaqədar olaraq Vaşinqtonda parafalnmış sülh sənədinin məntiqi davamı olaraq hazırlanacaq yeni razılaşmada öz mövqeyini təqdim edəcək. Ermənistan silahlanma ilə əlaqədar Azərbaycanın irəli sürəcəyi məhdudlaşdırıcı mexanizmləri qəbul edəcəyinə söz verməlidir. Başqa sözlə, Ermənistanın demilitarizasiyası gündəmə müzakirə oluna bilər. Əks təqdirdə, Azərbaycan öz müdafiəsinin formasını yenidən qiymətləndirmək və onun regional mövqeyini müəyyən etmək üçün strateji plan hazırlayacaq”
Təhlilçi qeyd edib ki, Azərbaycan Ermənistanla əlaqədar məsələlərin tənzimlənməsindəki mərkəzi səylərini daha çox sülh perspektivindən dəyərləndirsə də, onu başqa seçimlərlə həərkət etmək hüququ var. O, bunun nədən ibarət olacağını da proqnozlaşdırıb:
“Bu hüquq Ermənistanın sülh gündəmini pozmaq riskləri ortaya çıxanda yaranacaq. Bu, Azərbaycanın hərbi güc vasitələrinə müraciəti olmaya da bilər. Bakı Ermənistanın risk qövsünə daxil olacağı təqdirdə, alternativ eksklüziv çəkindirmə qabiliyyətini işə sala bilər. Bu, daha çox Ermənistanın daxilində dövlət və ideologiya səviyyəsində baş verən əhəmiyyətli transformasiyanın gedişində özünü göstərə bilər. Yəni Azərbaycan təhlükəsizlik arxitekturasını və xarici siyasət arxitekturasını daim təkmilləşdirərək onu regionda dəyişə biləcək bütün aspektlərə uyğunlaşdırır”.
A.Kərimov deyib ki, Ermənistan istər silahlansın, istərsə də, sülh gündəliyi ilə hərəkətinə davam etsin - o, nəhayətdə Azərbaycanın çağırışları qarşısında dəyişikliklərə gedəcək:
“Bu proses Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanı siyasi mənada qazanması üçün göstərilən səylərin bir hissəsinin təzahürü kimi meydana çıxacaq. Əslində İlham Əliyev ilkin etaplarda İrəvanı uğurla qazanıb və indi onu qorumaq üçün göstərilən səyləri əsas mərkəzi nöqtəyə gətirir”.
Aynur Babazadə
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol