Allergik xəstəliklər son illərdə sürətlə yayılır! - 7 təsirli tədbir
12:55 30.04.2025
Sağlamlıq
346
Yaz aylarında təbiətin yenilənməsi insanın ruhunu oxşasa da, allergik bədənə sahib olan uşaqlar və böyüklər üçün bu dövr adətən kabusa çevrilir. Belə ki, havada yüksək miqdarda dolaşan polenlər gözlərdə qaşınma və sulanma, burun tutulması, ard-arda asqırıq və öskürək kimi allergik reaksiyalara səbəb olaraq həyat keyfiyyətini xeyli azaldır.
Ətir, yuyucu vasitələrin qoxusu, kimyəvi maddələr, hava çirkliliyi...
Bütün bu və bənzəri faktorlar allergik bədənə sahib şəxslərdə ard-arda asqırma, göz sulanması və qızarması, burun tutulması və öskürək kimi şikayətlərə yol açaraq gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərir. Bir də polenlər kimi təbiətin öz yenilənməsindən qaynaqlanan faktorlar var ki, xüsusilə yaz aylarını bu şəxslər üçün əsl sınağa çevirir.
Sherg.az xəbər verir ki, türkiyəli mütəxəssis Dr. Artunç Kaan Turanoğlu bildirir:
“Yaz aylarında bir çox insan açıq havada vaxt keçirməyə üstünlük verdiyindən, atmosferdə artan ağac və çəmənlik polenlərindən uzaq durmaq çox çətindir. Belə olduqda isə allergik bədənə malik şəxslər əksər hallarda burun axıntısı, tutulması, qaşınma, geniz axıntısı və öskürək kimi şikayətlərlə bizə müraciət edirlər. Allergiya genetik meylli insanlarda ətraf mühitin təsiri ilə ortaya çıxır. Müasir dövrdə sağlam olmayan həyat tərzi, qapalı mühitdə daha çox vaxt keçirmə, fiziki passivlik, süni məhsullarla qidalanma və həddən artıq gigiyena səbəbindən immun sisteminin reaksiyası dəyişdiyi üçün allergik xəstəliklər həm uşaqlarda, həm də böyüklərdə sürətlə yayılır.” – deyə o qeyd edir və polen allergiyasına qarşı 7 təsirli tədbiri sıralayır:
Polen allergiyasına qarşı 7 təsirli tədbir:
Polenlər xüsusilə səhər saatlarında daha çox olur. Bu səbəbdən səhər saatlarında çölə çıxmaq məcburiyyətindəsinizsə, polen maskası və geniş çərçivəli gün eynəklərindən istifadə edərək polenlə təmasınızı azalda bilərsiniz.
Burununuzun xarici hissəsinə və göz ətrafınıza nazik təbəqədə vazelin çəkməklə polenlərin bədənə daxil olmasının qarşısını ala bilərsiniz.
Evinizi havalandırmaq üçün günorta saatlarını seçin. Çünki səhər və axşam saatlarında polen sıxlığı daha çox olur. Günəşli və küləkli günlərdə polen yayılması artır – belə günlərdə pəncərələrinizi bağlı saxlayın və çöldə uzun müddət qalmayın.
Polen mövsümündə paltarlarınızı eyvanda qurutmayın.
Avtomobillə işə gedirsinizsə, pəncərələri bağlı saxlayın və kondisionerdən istifadə edin. Kondisionerin polen filtrinin baxımını unutmayın.
Çöldən evə gəldikdən sonra ilıq su ilə duş alın və burnunuzu təmizləmək üçün duzlu su spreylərindən istifadə edin.
Yataq örtüklərinizi həftədə bir dəfə ən azı 60 dərəcə istilikdə yuyun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm