Artıq pandemiya vəziyyəti olmayacaq: Normal həyata qayıdacağıq
11:20 06.02.2022
Sağlamlıq
531
Koronavirusa yoluxma halları sürətlə azalacaq, amma xəstəlik tamamilə yox olmayacaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu proqnozla rusiyalı virusoloq Anatoli Altşteyn çıxış edib.
"Dünyada peyvənd olunmuş insanların sayı kifayət qədərdir, bununla yanaşı, çoxlu sayda peyvənd preparatları da yaradılıb, digər tərəfdən, insanlar virusa yoluxub sağalıblar. Nəticədə virusun yayılma perspektivi aşağı düşüb. Odur ki, epidemiya azalacaq", - deyə alim bildirib.
Bununla belə, mütəxəssisin fikrincə, COVID-19 hələlik bəşər övladının yaxasından tamamilə əl çəkməyəcək.
"Koronavirus qalacaq. Vaksinasiyaya davam edəcəyik, ancaq artıq pandemiya vəziyyəti olmayacaq. Normal həyata qayıdacağıq, amma belə görünür ki, bu virusla hələ uzun müddət və davamlı şəkildə mübarizə aparmalı olacağıq", - deyə Altşteyn vurğulayıb.
Qeyd edək ki, koronavirusun hazırda bütün dünyada ən çox yayılmış ştammı olan "Omikron" və ya B.1.1.529 ilk dəfə ötən ilin noyabrında Botsvana və Cənubi Afrikada aşkarlanıb. Koronavirusun bu variantı yüksək yoluxuculuğu və immunitetə qarşı davamlılığını ilə seçilir.
Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin ( "Rospotrebnadzor") rəhbəri Anna Popovanın sözlərinə görə, "Omikron"-un yoluxuculuğu əvvəlki ştamlarla müqayisədə üç-yeddi dəfə yüksəkdir və inkubasiya müddəti iki-beş gün çəkir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya