Cəmiyyət çox laqeyddir: Siqaret çəkən uşaqların sayı artmaqdadır
11:29 25.04.2021
Sağlamlıq
578
Uşaqlara siqaret satan 1568 şəxs məsuliyyətə cəlb olunub. Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 120 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Bununla yanaşı müvafiq problemin aradan qaldırılması, uşaqlara qayğı və yardımın göstərilməsi məqsədilə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 450 material göndərilib.
Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, bu sahədə ölkəmizdə qadağalar və cəzalar sərtləşdirilsə də faydası olmayacaq:
“Çünki artıq cəmiyyətimiz elə laqeyd hala gəlib ki, bir yolla bunu edəcəklər. Bundan başqa uşaq və yeniyetmələr tanış gənclərə və hətta orta yaşlılara pul verib onlara siqaret almasını xahiş edəcək. Çünki biz qanun pozmaqdan, qaydalara əməl etməməkdən həzz alan və bununla fəxr edən cəmiyyətik”.
Uşaq və yeniyetmərin tərbiyəsiz və aqressiv böyüməsinə gəldikdə, ekspert qeyd edib ki, bu problemin sadə həll yolu var: “Uşaq və ya yeniyetmə hər hansı bir cinayət və ya qanun pozuntusu törətdikdə valideyni dərhal həbs edilməlidir. Həmçinin dövlət, ictimai və şəxsi əmlaka vurduğu zərərin ödənilməsi təmin edilməlidir. Bunu ödəməyə pulu yoxdursa, əmlakı müsadirə edilməlidir. Bu, valideynləri ağlllı olmağa vadar edə bilər. Onlar ağıllı olduqda uşaqlarına məcburən tərbiyə verməli olacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya