DİQQƏT! Saxta dondurmaları necə fərqləndirək? – Mütəxəssisdən izah
Fidan Həmişəyeva
12:40 19.05.2021
Sağlamlıq
884
Havaların isinməsi ilə dondurma mövsümünə də start verilib. Xüsusilə uşaqlar dondurma yeməyə daha meyillidirlər. Lakin qida sektoru üzrə mütəxəssislər bildirirlər ki, dondurmanın ləzzəti qədər təhlükəsi də ola bilər. Bu, təkcə onun soyuq olması ilə bağlı deyil, digər nüanslar da var. Məsələn, satışda olan bəzi dondurmaların üzərində nə istifadə müddəti, nə də tərkib yazılır.
Ölkəmizdə həm yerli, həm də xarici istehsal olan dondurmalar satılır. Mağazalarda daha çox Rusiya, Türkiyə və Azərbaycan istehsalı olan dondurma var. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə-istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir. Lakin, kağız üzərində hansısa məlumatı qeyd olunmaması işi çətinləşdirir.
Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “Sherg.az”a bildirib ki, satışda olan qida məhsullarının hamısı rəsmi qeydiyyatdan keçməlidir:
“Yəni istehsal müəssisələri məhsulu müəyyən texniki şərtlərə və dövlət standarlarına uyğun hazırlamalıdırlar. Rəsmi sənədləşdirməyə görə, məhsul istehsal edildikdən sonra onun üzərinə yarlıq yapışdırılır. Məhsulun istehsal tarixi, saxlanma müddəti, tərkibindəki inqridiyentlər yarlıqda əks olunur. Məsələn, elə inqridiyentlər var ki, insanlarda allergik təsirə malikdir”.
E.Fərzəliyev qeyd edib ki, yarlıqda məhsulun hansı rejimdə istifadə edilməsi də qeyd olunmalıdır:
“Çünki bəzi məhsullar çalxalanmalıdır, yaxud dondurmalarda xüsusi nüanslar var: Onların donu mənfi 10 dərəcədən yüksəyə qaldırılmamalıdır. Bu zaman dondurmanın tərkibində yağ və suyun ayrılması baş verir. Yenidən dondurulanda isə içində quma bənzər buz kristalları əmələ gəlir. Nəticədə belə dondurmanın istifadə sağlamlıq üçün təhlükəli ola bilər.
Bütün bunların yaşanmaması üçün yarlıq üzərində məlumatlar verilməlidir. Əks halda həmin dondurmalar mənşəyi məlum olmayan məhsullar qrupuna aid edilir.
Bu məlumatlar varsa və məhsulun keyfiyyəti və tərkibi aşağı göstəricilərə malikdirsə, bununla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məşğul olur. AQTA rəsmi qurum olaraq ölkədə istehsal edilən və ölkəyə gətirilən bütün məhsulların keyfiyyət göstəricilərinə nəzarət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm
Yunanıstanda meşə yanğınları başladı
17:39 27.06.2026
Hadisə
Fitso: Slovakiya Ukraynaya hərbi yardım üçün pul ayırmayacaq
17:39 27.06.2026
Dünya
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
17:28 27.06.2026
Gündəm
XXI əsr Türk Dünyasının yüksəliş dövrü ola bilər - Ali Satan
17:22 27.06.2026
Gündəm