“İcbari tibbi sığortada xərclər dövlətlə vətəndaş arasında bölünəcək” - Professor

Adil Qeybulla icbari tibbi sığortanın yeni maliyyə modelini izah etdi

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi 1 il uzadılıb. Bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiq edib. Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Müştərək maliyyələşmənin nec təşkil olunacağı haqqında “Sherg.az”a danışan tibb lemləri doktoru, professor Adil Qeybulla bildirdi ki, müştərək maliyyələşmə dedikdə, icbari tibbi sığorta vəsaitinin dövlətlə vətəndaş arasında bölünməsidir: 

- Bunu biz əvvəllər də bildrimişdik ki icbari tibbi sığortaya ayrılan vəsaitin ilkin olaraq düzgün xərclənməsi üçün, daha vacib sahəyə - doğuş və təxirə salınmaz tibbi yardıma yönəldilməlidir. Qalan vəsait isə vətəndaşın – pasiyentin müraciətinin nəylə bağlı olduğuna əsasən əgər icbari tibbi sığorta vəsaiti çatırsa ödənilir, yox əgər vəsait çatmırsa xərclər dövlətlə vətəndaş arasında bölünməlidir. Bölünmə mexanizmi belədir; baza xərcləri icbari tibbi sığorta hesabına ödənilir, ilkin dianostika və sair, amma müalicədə müəyyən xərclər sığorta olunan - vətəndaş tərəfindən ödənilir. Xərclər vətəndaşla dövlət arasında bölünür. Bu da ayrlan maliyyə vəsaitinin miqdarından asılıdır. Bunlar müxtəlif sahələr üzrə fərqli ola bilər. Mexanizm bütövlükdə hesablanmalı və açıqlanmalıdır. Bu, spontan və ya gözəyarı ola bilməz. Mütləq randevu sistemi, elektron növbəlilik sistemi qurulmalı və işlək halda olmalıdır. Əgər birbaşa hər hansı ixtisas sahəsi üzrə müraciət olubsa, hətta təcili yardım yox, ilkin mütəxəssisə də, poliklinikaya da icbari tibbi sığorta üçün müraciət olubsa, bu zaman müraciətlərin hamısının maliyyəsi planlı şəkildə hesablanmalı, onun nə qədər hissəsi vacib sahədə icbari tibbi sığorta tərəfindən ödənilib, nə qədər hissəsi vətəndaş tərəfindən ödənilib dəqiq hesablanıb açıq məlumat paylaşılmalıdır ki insanlar bilsinlər.