Gürcüstan Baş naziri İrakli Kobaxidze Azərbaycanın ölkəsindəki fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş nazir Administrasiyas məlumat yayıb.
Görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.
Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri zamanı imzalanan müqavilələrin strateji əhəmiyyət qeyd olunub.