Polşa Ukraynaya dronlar müqabilində MiQ-29 qırıcıları verəcək

Polşa yaxın həftələrdə çoxlu sayda dron və müvafiq texnologiyalar müqabilində Ukraynaya MiQ-29 qırıcıları verəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Wirtualna Polska” məlumat yayıb.

Məlumata görə, məsələ üzrə danışıqlar yekunlaşmaq üzrədir.

“MiQ-lər yaxın həftələrdə Ukraynaya göndəriləcək, dronlar isə Polşaya təhvil veriləcək”, - mənbə əlavə edib.