Lavrovdan Türkiyəyə etiraz: Susurlar, bu haqda bir kəlmə də demirlər

“Türkiyə həm NATO üzvü və alyansın ən böyük ordularından birinə sahib ölkə kimi çıxış etmək, həm də Avropa İttifaqı ilə münasibətlər qurmaq istəyir. Amma Ankara həm də başa düşür ki, onu heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Türkiyə Rusiya ilə yaxşı münasibətlər saxlamaq istəyir, çünki iki ölkənin çoxsaylı iqtisadi layihələri, tarixdə çoxlu ortaq məqamlar mövcuddur. Rusiya naziri buna misal olaraq Cənubi Qafqaz və Qara dənizi misal göstərib:

“Türkiyədə Qara dənizin sabit olmasında səmimi maraqlıdırlar. Hazırda türk tərəfdaşlar yenidən deyirlər ki, gəmilərin hücumların hədəfinə çevrilməməsi üçün hansısa razılaşmaya gəlmək lazımdır. Amma buna biz başlamamışıq. Ukrayna Silahlı Qüvvələrinin dronu Türkiyəyə məxsus yük gəmisinə, tankerə və ya mülki gəmiyə zərbə endirəndə, həmin dronlar Xəzər dənizində Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna dəfələrlə hücum edəndə və birbaşa ABŞ-nin “Chevron” və “ExxonMobil” şirkətləri ilə əlaqəli gəmilərə zərbələr endirəndə, buna cavab olaraq nə Türkiyə, nə də ABŞ açıq şəkildə ukraynalı terrorçuların bu hərəkətlərinin qəbuledilməz olduğunu bəyan edir.

Biz maraqlandıq ki, onlar bununla barışa bilərlərmi? Cavab verdilər ki, xeyr, özləri onlara siqnallar göndərirlər. Görünür, Xəzər Boru Kəməri Konsorsiumu məsələsi ilə bağlı ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Zelenskiyə hansısa siqnal göndərib. Türklər bizə dedilər ki, onlar da ukraynalılara bu məsələyə toxunmamaq lazım olduğunu bildiriblər. Amma hamı açıq şəkildə susur. Bu da çox şeydən xəbər verir.

Burada xarakterik məqam ondan ibarətdir ki, bu çağırışlara cavab olaraq, əldə olunan məlumatlardan bildiyim qədər, Zelenski rejimi hücumları dayandıracağına söz verməyib. O, yalnız Rusiya Federasiyası ilə əlaqəsi olmayan gəmilərə qarşı hücumları dayandıracağını vəd edib. Görünür, bu izahat məqbul hesab olunub.

Türkiyə ilə bizim geniş gündəliyimiz var. Düşünürəm ki, NATO üzvlüyü və Avropa İttifaqı ilə müəyyən münasibətlərdən irəli gələn məqamlar qaçılmazdır”.