İLK: Mobil telefonda koronavirusu aşkar edən test hazırlanıb
Yusif Nəzərli
10:22 01.02.2022
Sağlamlıq
657
ABŞ-ın Kaliforniya Universitetinin alimləri sadəcə mobil proqramdan istifadə edən yeni Covid-19 test sistemi hazırlayıblar. “Sherg.az” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər “smaRT-LAMP” adlı testin xəstəxanaya giriş imkanı olmayan və evdən çıxa bilməyən insanlar üçün asan bir üsul olacağını bildiriblər. Tədqiqatçılar bu testin standart PZR testi qədər dəqiq olduğunu iddia ediblər. Onlar tətbiqin adının “smaRT-LAMP” olacağını və bunun 7 dollara satıla biləcəyini qeyd ediblər. Bu test üçün smartfonda "Bacticount" adlı proqram və test dəsti tələb olunur. Testdən istifadə etmək üçün ağız boşluğundan götürülən yaxma nümunəsini test dəstinə yerləşdirmək lazımdır. Nümunənin üzərinə reaktiv məhlul əlavə edildikdən sonra LED işığı olan karton qutu ilə örtülməlidir. Smartfonun kamerası LED işıqlarına yönəldildikdə, rəng reaksiyalarına görə nəticənin Covid-19 üçün müsbət olub-olmadığı məlum olur. Tətbiq parlaq qırmızı işıq göstərirsə, nəticə müsbətdir.
Hazırda tədqiqat yalnız 50 nəfərlik bir qrup üzərində aparılıb. Lakin tədqiqatçılar nəticələrin ümidverici olduğuna əmin olduqlarını söyləyiblər.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı