Konqoda Ebola epidemiyası: Ölənlərin sayı artdı

Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyası səbəbindən ölənlərin sayı artıb.

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Konqonun Səhiyyə Nazirliyindən məlumat verilib.

Son məlumatlara görə, Eboladan ölənlərin sayı 3 267 nəfərə çatıb.

Epidemiya ölkənin 6 əyalətinin 61 bölgəsini təsir altında saxlamağa davam edir.

Bu günə qədər ölkədə 6 757 yoluxma halı təsdiqlənib ki, bunlardan 3 267-si ölümlə nəticələnib, 1 590 nəfərdə isə sağalma qeydə alınıb.

Epidemiya zamanı ölüm nisbəti 48.3 faizə çatıb.